Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

AQO qrupu müxalifətlə görüşdü


AQO qrupunun Bakıya səfəri, 6 iyul 2007
AQO qrupunun Bakıya səfəri, 6 iyul 2007
Avropa Şurası Nazirlər Komitəsinin AQO monitorinq qrupu həbsdə olan baş redaktorlar Eynulla Fətullayev və Qənimət Zahidlə görüşüb. Bu barədə AzadlıqRadiosuna məlumat verən «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazovun sözlərinə görə, onlar baş redaktorlara noyabrın 23-də baş çəkiblər.

AQO qrupunun müxalifət liderləriylə keçirdiyi görüşə qatılan Eldar Namazov deyir ki, onlar baş redaktorların, o cümlədən bloqçular Adnan Hacızadə və Emin Millinin həbsiylə bağlı narahatlıqları avropalı nümayəndələrin diqqətinə çatdırıblar:

«İnsan haqları, demokratiyanın vəziyyəti, bələdiyyə seçkiləri - bütün bunlar müzakirə olundu».

Eldar Namazov deyir ki, müxalifət liderləri əhali arasında seçkiyə inamın qaytarılması üçün beynəlxalq səviyyədə hansı tədbirlərin görülməsinin vacibliyindən də danışıblar:

«AQO qrupu Azərbaycandakı demokratik vəziyyətlə bağlı kifayət qədər məlumatlıdır. Çox güman ki, Avropa Şurasının növbəti iclaslarında Azərbaycanla bağlı məsələlərin müzakirəsi gündəliyə çalınacaq».

Qrup üzvləri ilə görüşdə Eldar Namazovdan başqa Müsavat, Liberal, ADP, AXCP, Ümid, Vətəndaş və İnkişaf partiyalarının liderləri iştirak ediblər.

AQO qrupu Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini dəyərləndirir. Səfər noyabrın 26-na kimi davam edəcək.
XS
SM
MD
LG