Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:47

Əliyevlə Sarkisyan yeni detalları "dərindən və diqqətlə" müzakirə edib


Həmsədrlər görüşdən sonra açıqlama verir, 22 noyabr 2009, Münhen
Həmsədrlər görüşdən sonra açıqlama verir, 22 noyabr 2009, Münhen
4 SAATLIQ MÜZAKİRƏLƏR DANIŞIQLARDA NÖVBƏTİ İRƏLİLƏYİŞ OLDU

İlham Əliyevlə Serj Sarkisyanın 4 saatlıq görüşü konstruktiv müzakirələr şəraitində keçib, ATƏT-in həmsədrləri bu danışıqları irəliyə doğru atılan addım hesab edirlər.

Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyada, Fransanın Münhendəki konsulunun şəxsi iqamətgahında keçirilən görüşdən sonra Fransalı həmsədr Bernar Fasye jurnalistlərə belə deyib.


ƏVVƏLLƏR RAZILAŞDIRILMAYAN MƏSƏLƏLƏR VƏ YENİ DETALLAR MÜZAKİRƏ OLUNUB

AzadlıqRadiosunun Münhendən verdiyi xəbərə görə, Fasye bildirib ki, prezidentlər bu görüşdə əvvəllər razılaşdıılmayan məsələləri dərindən və diqqətlə müzakirə ediblər. Eləcə də, əvvəllər danışılmayan detallar müzakirə mövzusu olub. Ancaq, Fransalı həmsədr məxfiliyin qorunması məqsədiylə bu detallar haqqında məlumat verə bilməyəciyini deyib.

DANIŞIQLAR XARİCİ İŞLƏR NAZİRLƏRİ FORMATINDA DAVAM EDƏCƏK

Bernar Fasye əlavə edib ki, prezidentlər razılaşdırılmayan məsələlərlə bağlı təkliflər üzərində işi davam etdirməyi qərara alıblar. Bundan sonrakı mərəhələdə ATƏT-in Mİnsk qrupunun həmsədrləri hər iki ölkənin Xarici İşlər nazirləri ilə müzakirələri davam etdirəcəklər. Və həmsədlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləriylə növbəti görüşü dekabrdakı ATƏT nazirləriin toplantısı çərçivəsində baş tutacaq.

MÜHARİBƏ BU MÜNAQİŞƏNİN HƏLLİ YOLU DEYİL

Azərbaycan prezidenti İlham Əliyevin bu həftə sülh danışıqlarının uzanması halında müharibə variantına əl atmanın mümkünlüyü haqda bəyanatına münasibət bildirən Fransalı diplomat deyib ki, ATƏT üzvü olan ölkənin nümayəndəsi kimi, tərəfləri müharibə çağırışlarından çəkinməyə çağırırlar. Həm Moskva, həm Paris, həm də Vaşinqton danışıqların indiki həssas mərhələsində kəskin çıxışların sülh prosesinə mənfi təsir göstərəciyini düşünür və müharibə variantının bu münaqişənin həllinə yardım edə biləcək yol olmadığını xatırladır.

İlham Əliyevlə Serj Sarkisyan əvvəlcə təkbətək görüşüblər, sonra isə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri də danışıqlara qatılıblar.

FRANSA BU MƏSƏLƏLƏRİN MÜZAKİRƏ EDİLƏCƏYİNİ BƏYAN ELƏMİŞDİ

Fransanın Xarici İşlər Nazirliyinin daha öncə yaydığı məlumata görə, İlham Əliyev və Serj Sarkisyan görüşdə aşağıdakı məsələlər ətrafında müzakirələr aparmalıydılar.

- Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması;
- Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi;
- Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması;
- Öz müqəddaratını təyin etmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu;
- Məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminatı;
- Bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi.
XS
SM
MD
LG