Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

«AZAN NAMAZ ÜÇÜN BENZİN KİMİ BİR ŞEYDİR»


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə «ANS»ə verdiyi müsahibədə azanın qadağan olunmasını şərh edərək deyib ki, azana qadağa əslində İslam dinini qadağan etmək deməkdir.
Çünki azan İslam dininin əsas şərtlərindən olan namazın başlıca atributudur.

«Avtomobilin hərəkət etməsi üçün benzin lazımdır, mazut olmasa parovoz getməz. Azan da namaz üçün benzin kimi bir şeydir, yəni azansız namaz mümkün deyil, namaz olmadan isə İslam dini olmaz. Ona görə də bu məhdudiyyəti tətbiq edənlər əslində ölkədə İslam dinini zəiflətməyi qarşıya məqsəd qoyublar. Ancaq mən əmin edirəm ki, bu işdə prezidentin rolu yoxdur, göstərişi verənlər başları kommunist təfəkkürü ilə işləyən məmurlardır», - deyə Şeyx bildirib.


«QISA» ÇIXIŞ


Noyabrın 10-da Bakıda keçirilən Sloveniya-Azərbaycan biznes forumunda Azərbaycan prezidentindən sonra söz alan Sloveniya prezidenti nitqini belə başlayıb:

«Cənab Prezident Əliyev!
… Münasibətlərimizin kifayət dərəcədə geniş təhlili Sizin tərəfinizdən verildi. Bunu nəzərə alaraq, verəcəyim şərhlər qısa olacaqdır.

Sloveniya prezidentinin «qısa» çıxışının görüntüsü ilə burada tanış ola bilərsiniz.

«BİZ DƏ ABŞ TƏYYARƏLƏRİNİN ƏFQANISTANI BOMBALAMASINA ETİRAZ EDİRİK»

Bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsiylə bağlı YAP icraçı katibinin müavini Mübariz Qurbanlı maraqlı açıqlama verib.

ABŞ Dövlət Departamentinin gənclərin həbsi barədə bəyanatına toxunan Qurbanlı deyib ki, «Mən də Amerikada hansısa hadisəni pisləyə bilərəm. Amma ABŞ məhkəməsinin qərarına yalnız ABŞ-ın yuxarı məhkəmə instansiyası münasibət bildirə bilər. Dövlət Departamentinin dedikləri isə yalnız ümumi xarakter daşıya bilər. Biz də ABŞ təyyarələrinin Əfqanıstanı bombalamasına etiraz edirik».

BADIMCAN SİQARETİ TƏRGİTMƏYƏ KÖMƏK EDƏR


Həkimlərin fikrincə, badımcanın tərkibindəki az miqdarda nikotin siqareti tərgitməyə çalışanların narahatlığını aradan qaldırmağa kömək edər. Beləliklə, hər gün badımcan yeməklə nikotin plastırını əvəz etmək olar. Eyni zamanda, badımcan orqanizmə ziyan vurmur. Belə ki, 10 qram məhsulun tərkibində cəmi 1 mikroqram nikotin var. Bir siqaretin tərkibində 1000 və daha artıq mikroqram nikotin vardır.

DST-nin məlumatına görə, hər il dünyada təxminən 5 milyon insan tütün çəkməklə bağlı xəstəliklərdən ölür. Xərçəng xəstəliklərinin üçdə biri siqaret çəkmə ilə əlaqəlidir. Hər il dünyada tütün çəkməklə əlaqədar 200 milyard dollar iqtisadi itki qeydə alınır.
XS
SM
MD
LG