Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Daha 2 nəfərdə «donuz qripi» aşkarlanıb


Azərbaycanda «donuz qripi»nə yoluxmuş şəxslərin sayı 3-ə çatıb
Azərbaycanda «donuz qripi»nə yoluxmuş şəxslərin sayı 3-ə çatıb
Azərbaycanda daha 2 nəfərdə «donuz qripi» virusu aşkarlanıb.

Bu haqda AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov məlumat verib.

Cənab Qasımov deyir ki, onlardan biri orta yaşlı qadındır. Bu qadın bir müddət əvvəl qatarla Ukraynadan Azərbaycana gəlmiş və noyabrın 4-də AH1N1 virusunun daşıyıcısı olduğu aşkarlanan xəstənin qohumudur.

Digər virus daşıyıcısı isə 30 yaşlı kişidir. O da bugünlərdə Ukraynadan Azərbaycana gəlib.

Noyabrın 4-də virus aşkarlanmış xəstə də daxil olmaqla hazırda Bakıdakı Ağ Ciyər Xəstəlikləri İnstitutunda 3 nəfər «donuz qripi» virusundan müalicə olunur.

Bununla da Azərbaycanda «donuz qripi»nə yoluxmuş şəxslərin sayı 3-ə çatıb.

Bu ilin yayında Fransa və Böyük Britaniyadan gələn daha 2 Azərbaycan vətəndaşında AH1N1 xəstəliyi aşkarlanmışdı.
XS
SM
MD
LG