Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

İran müxalifəti hədə-qorxulara məhəl qoymadan aksiya keçirib


İyunun 12-də Əhmədinejad prezident seçiləndən sonra ölkədə gərginlik artıb
İyunun 12-də Əhmədinejad prezident seçiləndən sonra ölkədə gərginlik artıb
İranda 1979-cu ildə ABŞ səfirliyinin tutulmasının 30-cu ildönümüylə bağlı antiamerika mitinqinin keçirildiyi bir vaxtda Tehranda müxalifət tərəfdarları prezident Əhmədinejata qarşı etiraz aksiyasına çıxıblar. Müxalifət tərəfdarları İran rəsmilərinin hədə-qorxularına məhəl qoymayıblar. Müxalifətçilərlə polis arasında qarşıdurma olub.

İyunun 12-də Əhmədinejad prezident seçiləndən sonra ölkədə gərginlik artıb. Hakimiyyət kütləvi etiraz aksiyalarının qarşısını zorakılıqla alıb. Bu, 1979-cu il inqilabından bu yana İranda ən böyük siyasi böhrana səbəb olmuşdu.

Tehrandan şahidlərin bildirdiyinə görə, polis «Diktatora ölüm» şüarı qışqıran yüzlərlə etirazçıya qarşı gözyaşardıcı qazdan istifadə edib. Mitinqə iştirak etmiş adının çəkilməsini istəməyən qadın bunları deyir:

«Adamlar Bəsic qüvvələrinə daş atırdılar. Onlar isə gözyaşardıcı qazdan istifadə edirdilər. Çoxlu adam xəsarət alıb. Ölənlərin olub-olmadığını isə bilmirəm. Bəsic qüvvələri adamları dəyənəklə döyürdülər. Mənim başımdan vurdular. Qocaya-cavana baxmırdılar, hamını vururlar».

12 iyun prezident seçkilərində iştirak etmiş müxalifətin namizədlərindən biri Mehdi Kərrubi də kütlə arasında olub. Onun oğlu Məhəmməd Tağı Kərrubi deyib ki, mitinqdə atasının iki cangüdəni və çoxlu sayda tərəfdarı xəsarət alıb. Verilən məlumatlara görə, müxalifət tərəfdarları küçələrdə müxalifət lideri Mirhüseyn Musəvinin lehinə «ya Hüseyn, Mir Hüseyn» şüarları qışqırıblar.

Bir çoxları isə iyun seçkilərindən sonra müxalifəti bir araya gətirmiş Yaşıl Hərəkatın şüarına çevrilmiş «Alahu Əkbər» şüarı qışqırıblar:

Bu arada minlərlə hökumət tərəfdarı əllərində Amerika əleyhinə şüarlarla casus yuvası adlandırdıqları ABŞ səfirliyinin keçmiş binası yanından keçməklə yürüş ediblər. Şəhərin başqa bir hissəsində isə müxalifətçilər Rusiya əleyhinə şüarlar qışqırıblar.



Etirazçılar ABŞ prezidenti Barak Obamanı onların tərəfində olduğunu aşkar bildirməyə də çağırıblar. Onlar Amerika prezidentinə ünvanladıqları şüarla «Ya bizimlə, ya onlarla» qışqırıblar.

XS
SM
MD
LG