Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

Get...Qal...Evlən və Get...


Bəxtiyar Hacıyev və Rəşad Şirin
Bəxtiyar Hacıyev və Rəşad Şirin
ABŞ-ın Harvard Universitetində təhsil almış Bəxtiyar Hacıyevin bugünlərdə dost-tanışdan eşitdiyi məsləhətlər belə idi: Gənc nəsil: Get. Çünki hazırda Azərbaycanda insanlara lazım olan qiymət verilmir. Yaşlı nəsil: Evlən. Çünki xanım insanın baş tacıdır. Əgər evlisənsə, dünyanın harasında olmasından asılı olmayaraq xoşbəxt olacaqsan. Orta nəsil: Evlən və get.

«14-24» verilişinin qonağı Bəxtiyar deyir ki, bu mövzunu başqa gənclərlə də müzakirəyə çıxarıb, təxminən eyni mənzərə alınıb:

«Bir neçə nəfər qal dedi. Amma «Qal» deyənlər get deyənlərin göstərdiyi əminliyi göstərmirdilər. Mənim fikrimcə, öz istədiyi istiqamətdə burda irəliləməyi bacarmayanlar qısa müddətdə də olsa, kənarda gedib inkişaf etmək, daha da peşəkarlaşmaq və tələb olduğu zaman geri qayıtmağa üstünlük verir. Mən də bu yolu seçmişəm».

Rəşad Şirin də xaricdə təhsil alıb. O, internetdə «Get və Gəl» qrupunun yaradıcılarındandır:

«Bu sadəcə olaraq bir təşəbbüsdür, ideyadır, fəlsəfədir ki, Azərbaycana bilik transferini həyata keçirmək üçün insan kapitalına ehtiyac var. Özləri gedib, xaricdə yaşayıb, bir müddət oxuyub, təcrübə qazanıb, sonradan Azərbaycana qayıtmaq istəsələr, onların bura gətirdiyi bilik və təcrübədən istifadə etmək imkanlarımız çoxalır».

Bəxtiyar Hacıyev: «Bilikdən əlavə, şərait də olmalıdır. Bu şəraiti gənclər özü yarada bilərlər. Amma bunun üçün də imkanlar olmalıdır. Misal vermək istərdim ABŞ-dakı gürcüstanlı tələbə yoldaşlarımı. Onlar təhsil almağa gəldikləri ilk gündən artıq bilirdilər ki, hansı sahədə ixtisaslaşacaqlar və geri qayıdanda hansı dövlət qurumunda, hansı şöbədə və hansı vəzifədə çalışacaqlar. Azərbaycanda bunu görmürəm. Ona görə də həm öz istəyimlə, həm də yaxın dostların məsləhətilə geri qayıtmağa, ABŞ-a dönməyə qərar vermişəm».

Rəşad Şirin: «Bəzi sahələr var ki, xaricdə oxuyub gəlmiş insanlar özlərini orada reallaşdıra bilirlər. bunlar daha çox beynəlxalq təşkilatlar, səfirliklər, xarici şirkətlər - mərkəzi Azərbaycandan kənarda olan qurumlardır. Problem də ondan ibarətdir ki, burda özünüzü tapa bilirsiniz, reallaşdıra bilirsiniz, amma Azərbaycan formatında yox».

Bəxtiyar Hacıyev: «Belə bir məsələ var ki, siyasi baxışlara görə, artıq insanın nə qədər peşəkar olması əhəmiyyətini itirə bilir. Yəni sizin 95 əhəmiyyətli məsələdə hökumətlə baxışlarınız üst-üstə düşürsə, əməkdaşlıq edə bilərsinizsə, bu əməkdaşlıq ölkənin inkişafına gətirib çıxara bilərsə, 5 hansısa xırda məsələdə sizin fərqli düşüncəniz varsa, sizin peşəkarlığınız və hansı töhfələr verəcəyiniz vacib olmur».

Buna da bax:

XS
SM
MD
LG