Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Məlahət Nəsibova 2009-cu ilin Rafto Mükafatını aldı


Məlahət Nəsibova
Məlahət Nəsibova
Məlahət Nəsibovanın Norveç səfəri davam edir. Onun Norveç Xarici İşlər Nazirliyində görüşləri olacaq, Osloda mətbuata musahibələr verəcək.

Dünənki mərasimdə Norveçin Azərbaycandakı səfiri də iştirak edib. Bergendəki tədbirə qatılan AzadlıqRadiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu Rafto Fonduna təşəkkür edib və Məlahət Nəsibovaya təbriklərini çatdırıb:

«Məlahət ağır şəraitdə işləməsinə baxmayaraq, Naxçıvanın səsini dünyaya çatdırmaqda davam edir. Bu mükafata keçmişdə 4 Nobel laureatı layiq görülüb. Bu mükafat hamımızın fəxr edə biləcəyi bir nailiyyətdir! AzadlıqRadiosu olaraq həmkarımızı ürəkdən təbrik edirik!».

Tədbirdə çıxış edən Rafto Fondunun İdarə Heyətinin üzvləri isə bildiriblər ki, bu mukafatı Azərbaycana verməklə Norveç dünyanın diqqətini bu ölkədə insan haqlarının və söz azadlığının ağır vəziyyətdə olduğuna yönəltmək arzusundadır.

Tədbirdə o da qeyd edilib ki, Norveç Azərbaycanın neft sənayesinə 4,5 milyard dollar investisiya qoymasına baxmayaraq, bu ölkədə insan haqları pozuntularına göz yummayan Qərb ölkələrindən biri kimi tanınır.

***
O, azad və müstəqil mətbuat yolunda göstərdiyi sarsılmaz əməyinə və cəsurluğuna görə bu mükafata layiq görülür. M.Nəsibova Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı hakim dairələrin qanunsuzluğu, insan haqlarının pozulması və korrupsiya halları barədə məlumatları ictimaiyyətə çatdırmaq üçün öz təhlükəsizliyini zərbə altına qoymaqdan belə çəkinməyir.

40 yaşlı Məlahət Nəsibova Azad Avropa/Azadlıq radiosunun və Turan informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.

Məlahət Nəsibova mükafatın təqdimetmə mərasimində məruzə edib. O, məruzəsində Azərbaycanda söz azadlığının vəziyyətində diqqəti çəkib, ölkədə azad fikirli jurnalistlərin təqib olunduğunun, həbs edildiyini vurğulayıb.

O, hazırda Azərbaycanda bir neçə jurnalistin məhz peşə fəaliyyətinə görə həbs edildiyini bildirib.

«Mən istərdim ki, bu gün burada mənim həmkarlarım Qənimət Zahid, Eynulla Fətullayev, gənc bloqerlər Emin Milli və Adnan Hacızadə, həmçinin başqa jurnalistlər olsun, ancaq bu mümkün deyil, çünki onlar hazırda həbsdədirlər».

Jurnalist nitqini Azərbaycan şairi Xəlil Rza Ulutürkün «Millətin səsi» poemasından «Azadlığı istəmirəm zərrə, zərrə, qram-qram…» misaralı şeiri ilə başa çatdırıb.

Təqdim etmə mərasimindən sonra öndə Rafto mükafatının sahibi Məlahət Nəsibova getməklə əlində məşəl tutmuş insanların iştirakı ilə yürüş olub.

XS
SM
MD
LG