Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

Cəmil Ünal: «Azərbaycan bayraq məsələsində böyük xəta yapdı»


- Türkiyədə bir qrup idarəçinin yapdığı xətadan sonra Azərbaycanda daha böyük xəta yapdılar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyədən gələn və Bakını erməni istilasından qurtaran mehmetciklərin xatirə kompleksinin üzərindəki türk bayrağını endirdilər.

Bunlar Azərbaycanın müstəqilliyi üçün canlarından keçən əsgərlərdir. O, türk əsgərləri Bakını erməni istilasından “Bakıdan qaz gəlsin, duz gəlsin” deyə azad etməmişdilər, o bayraq da ora hansısa buna oxşar səbəblərə görə asılmamışdı.

O bayraq iki qardaşın bir-birinə köməyinin rəmzi idi. Ona görə bayrağın siyasətə alət edilməsi çox yanlış və çirkindir.

Bunu Azadlıq Radiosuna müsahibəsində Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal deyir. (Azərbaycan Kültür Dərnəyi 1949-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin xeyir-duası ilə yaradılıb).

Cəmil Ünal Bursada Türkiyə və Ermənistan arasında futbol qarşılaşmasına Azərbaycan bayrağının keçirilməsinə qadağa qoyulmasını da pisləyir. O düşünür ki, Bursa rəhbərliyi qərarın FİFA-dan gəldiyini desə də, əslində qadağanın arxasında “şəhərin bir qrup idarəçisi” dayanır.

- Türkiyə-Ermənistan matçından əvvəl bizim Kültür Dərnəyinin Bursadakı şöbəsi oradakı 100-ə yaxın QHT ilə bir araya gəlib, matç ilə bağlı hazırlıq yapdılar.

Bursa matçında müsadirə edilən Azərbaycan bayraqları. 14 oktyabr 2009
On minlərlə bayraqla stadiona girməyə hazırlıq gördülər. O vaxta qədər bayraqların stadiona buraxılmayacağı haqda bir təlimat yox idi. Amma son gün yerli hakimiyyət hürkdü.

Çünki Bursa xalqı matça qədər bütün şəhəri Türkiyə və Azərbaycan bayraqlarına bürümüşdü. Bu səbəbdən ordakı idarəçilər türk bayrağının yanında Azərbacan bayrağının stadiona girməsini yasaqladılar.

Bütün türk xalqının yanında bütün Azərbaycan xalqı da buna təpki göstərdi. Yəni burda idarəçilərin etdikləri ilə xalqın elədiklərini ayırmaq lazımdır. Xalqın 95 faizi bizim kimi düşünür. O bayrağa hörmət edir, sevir.

Yapılan bu hərəkəti də lənətləyirlər.

- Türkiyə rəsmiləri deyirlər ki, bayraq qadağasının onlarla bir əlaqəsi yoxdu, bunu FİFA edib. Bu izahata inanırsınızmı?

- Bu əgər FİFA-nın qərarı olsaydı, şəhər valisi 20 gün qabaq elan edərdi ki, FİFA-nın qərarı var, stadiona Azərbaycan bayrağı girməyəcək. Çünki matç günü – günortaya qədər vali deyirdi ki, bütün bayraqlar stadiona keçirilə bilər.

Amma günortadan sonra yüz minlərlə bursalı o bayraqlarla küçələrə çıxınca hürkdülər, sonra da ermənilərin kanalı ilə FİFA-ya müraciət etdirdilər. Və FİFA da bu qərarı qəbul etdi. Bu, birbaşa şəhər idarəçilərinin günahıdır.

Ermənistan və Türkiyə prezidentləri Bursa matçında. 14 oktyabr 2009
İdarəçilər Azərbaycan bayrağını özləri yasaqlaya bilməzdi, çünki bütün xalq ayağa qalxmışdı. Onlar ermənilərə FİFA-ya müraciət etməyi məsləhət gördülər.

O ki qaldı FİFA-ya, keçən il Yerevanda Ermənistanla Türkiyə arasında matç olanda orda heç bir dövlət tərəfindən tanınmayan Dağlıq Qarabağın bayraqları vardı. Niyə FİFA ona müdaxilə etmir?

- Türkiyə-Ermənistan yaxınlaşması haqda nə düşünürsüz? .

- Təbii ki biz hər zaman Türkiyənin öz qonşuları ilə yaxşı münasibətdə olmasını arzu edirik. Amma bu münasibətləri pozan nə Türkiyə, nə Gürcüstan, nə də Azərbaycandır.

Cənubi Qafqazda bu münasibətləri, huzuru pozan tərəf işqalçı Ermənistan dövlətidir. Cənubi Qafqaza sülh gəlməsi arzu edilirsə, Ermənistanın öz düşüncə tərzindən keçməsi lazımdır. O bir tərəfdən Azərbaycan torpaqlarını işğal edib, o biri tərəfdən isə Türkiyənin sərhədlərini tanımır.

- Bəs Türkiyə rəhbərlərinin Qarabağ işğaldan azad olunmadan Ermənistanla barışıq protokolları imzalamasını necə qiymətləndirirsiz?

- Burda prezident, baş nazir, parlament sədri, xarici işlər naziri Azərbaycan torpaqları işğaldan azad edilməyincə sərhədlərin açılmayacağını 70 milyonluq türk xalqına söz verdilər.

Bakıda türk əsgərlərinə abidə
Biz də bunların verdiyi sözün namus sözü olmasına inanırıq. Çünki sözü verən küçədəki adam deyil. Hər halda bunlar verdikləri sözün üstündən qaçıb yalançı durumuna düşməz. Biz onlara inanırıq. Əks halda onlar 70 milyonluq türkü qarşılarında görəcəklər. Amma bir şeyi də deyim.

1994-cü ildən bəri Azərbaycan Qarabağ məsələsinin həlli istiqmətində bir arpa boyu yol getmədi və milləti də uyutdular. Bir kimsə də cürət edib soruşmur ki, bu 15 il ərzində aparılan danışıqlar nə yerdidr, niyə nəticə yoxdu. Danışıqlarda məqsəd nədir? 2-3 rayonu boşaltdırmaq, adını da “işğal bitdi” qoymaq? Görən də desin ki Xaçonun xəncəri var - Qarabağı qurtardıq.

Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət bu. Bu 15 ildə ancaq Azərbaycanda atadan oğula keçən bir sistem qurulmasını gördük.

- Amma Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, heç bir həll variantında Qarabağa müstəqillik verilməsi nəzərdə tutulmur, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək.


- Gözəl. Sarkisyan da deyir ki, biz bunlarla Dağlıq Qarabağ məsələsini danışmırıq, ətraf rayonlardan söhbət gedir. Sarkisyan deyir ki, Dağlıq Qarabağın gələcək statusunu müzakirə etmirik. İndi kimə inanasan? Kim doğru deyir?

- Türkiyə bildirir ki, Ermənistanla yaxınlaşma Dağlıq Qarabağ probleminin həllinə kömək edəcək...

- Əlbəttə ki Türkiyə əlindən gələni edəcək. O torpaq bütün türk dünyasının torpağıdır. Amma bundan qabaq torpaq sahibi də öz torpağına sahib çıxa biıməlidir.
Bakıya səfər edən Türkiyənin xarici işlər naziri Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmdəyarovla birgə Şəhidlər Xiyabanının ziyarət edirlər.

- Sizcə indi baş verənlər Türkiyə və Azərbaycan arasında yaşanan müvəqqəti bir inciklikdir, yoxsa ciddi bir qarşıdurma?

- Bu nə Azərbaycanın, nə də Türkiyənin işinə yarayan bir məsələdir. Bunun Qarabağın gələciyinə də faydası yoxdur. İki qardaş arasında münasibətlərin pozulması ermənilərin və Türkiyə-Azərbaycan dostluğunu istəməyənlərin işinə yarar. Yəni Türkiyənin yapmış olduğu bir xətaya qarşılıq Azərbaycanın da tez-tez qaçıb rusun yanına – Moskvaya getməsi yanlışdı. Çünki son 200 ildə Rusiyanın nə demək olduğunu ən yaxşı bilən Azərbaycan olub.
XS
SM
MD
LG