Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Bursa valisi açıqlama yaydı


Türkiyə-Ermənistan oyununda Azərbaycan azarkeşləri
Türkiyə-Ermənistan oyununda Azərbaycan azarkeşləri
Türkiyənin Bursa vilayətinin valisi Şahabəddin Harput oktyabrın 14-ü keçirilən Türkiyə-Ermənistan milli matçında Azərbaycan bayraqlarına sayğısızlıq edilməsi məsələsi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirirlir ki, matçın keçirildiyi stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı qərarları olmayıb, bu, FİFA-nın tələbi ilə gerçəkləşib:

«Bu, FİFA-nın Türkiyə Futbol Federasiyasına yazdığı və federasiyanın valiliyimizdən tələb etdiyi qərardır».

Ş.Harput bildirir ki, FİFA bu qərarı ilə öz statusu və təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan bayrağının bu qarşılaşmaya gətirilməsinə qadağa qoyub, əks təqdirdə matçın ləğv ediləcəyini bəyan edib:

«Məhz buna görə də valiliyimizin bu qərarı həyata keçirmək və ya keçirməməyindən söhbət gedə bilməzdi. Necə ki, bu xəbər bəyan edildiyində ictimaiyyət tərəfindən anlayışla qarşılanmış, FİFA nəzarətçiləri və təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif ölçülü
230 Azərbaycan bayrağı tamaşaçılardan müsadirə edilmiş və bu bayraqlar fotolarda göründüyü kimi qutularda toplanmışdır».

Vali deyir ki, vətəndaşların stadiona gizli və ya aşkar yolla gətirdiyi Azərbaycan bayrağı və bayraq əks olunan köynəklər tribunalardan yellədilib:

«Bütün qadağalara baxmayaraq onlara heç bir müdaxilə olunmamışdır. Bəzi media vasitələrində zorakılıq halları əks etdirən kadrlar üzərində aydınlaşdırma işləri həyata keçirilir. Bu məsələdə təqsirkarlar tapılıb ifşa ediləcək».

Şahabettin Harput deyir ki, Azərbaycan bayrağı Türkiyə bayrağı qədər müqəddəs və əzizdir:

«Heç bir türk insanının bu bayrağa qarşı hörmətsizlik etməsi mümkün deyil».

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG