Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:23

İlham Əliyev Türkiyənin addımını mülayim qarşılayır


«İlham Əliyev bu dəfə Türkiyənin addımını mülayim qarşılayıb, bu səbəbdən hər kəs mülayimdir»
«İlham Əliyev bu dəfə Türkiyənin addımını mülayim qarşılayıb, bu səbəbdən hər kəs mülayimdir»
«AZADLIQ»:

«Doğru yol İordaniya tərəfə getmir, Ilham Əliyev!»

Hakimiyyətdən göstəriş gəlsəydi, yenə aləm bir-birinə dəyəcəkdi. Türkiyə və Ermənistan arasında imzalanan diplomatik protokolların üzərində elə bir vətənpərvərlik tufanı qopacaqdı ki, bəlkə də indi iki-üç urapatriotun ürəyi dayanmışdı, beş-altısı bayılıb ayılmışdı. Telekanallar od püskürürdü. Yenə MHP-dən deputatlar gəlmişdi, yenə bizdən ora gedənlər vardı. Amma İlham Əliyev bu dəfə Türkiyənin addımını mülayim qarşılayıb, bu səbəbdən hər kəs mülayimdir, qurd quzu ilə otlayır…

Bəs ermənilərin də, azərbaycanlıların da, elə türklərin də xeyli böyük kəsiminin narazı qaldığı bu protokol nəyi dəyişəcək? Bizim üçün heç nəyi! Niyəsinin çox sadə izahı var. Bizim ölkədə nə dəyişir ki? Türkiyə protokolu illərlə imzalamadı, qapılarını illərdir bağlı saxlayır, amma nə dəyişib? Ümumiyyətlə, biz nə vaxt fürsətləri yaxaladıq ki? Bilmirəm, bəzi həqiqətləri dərk etmək üçün bizim cəmiyyətə 15 il bəs etmədimi?

Bu gün Azərbaycanın xeyrinə olan bircə məsələ var. Bu da Ermənistanın da eynən Azərbaycan kimi demokratik ölkə olmaması, bizim ölkə kimi özbaşınalığın, hüquqsuzluğun məkanına çevrilməsidir. Bəla onda olardı ki, ermənilər demokratik inkişaf yolunu tutub ölkələrinin hərtərəfli güclənməsini bizdən öncə təmin edəydilər.

«Qarabağı demokratiya qurtaracaq» deyəndə, biz həm də onu nəzərdə tuturuq ki, öz iradəsinə sahib çıxmadan, ədalətli və nizamlı bir topluma, rifahlı yaşayışa, doğru idarəçiliyə nail olmadan heç bir xalq o cür böyük güc və səy tələb edən bir problemi çözə bilməz. Bəs biz belə çətin problemin həllinə necə hazırlaşırıq illərdir? Azərbaycanı ədalətsizliyin, korrupsiyanın tapdağına çevirməkləmi? Bu ölkənin insanını əzməklə, ölkəsindən və vətənindən küsdürməkləmi? Xalqın inamını və etimadını qırmaqlamı? Bəlkə bir qrupun ağalığı və harınlığı, digər qrupun aclığı və səfaləti ilə? Bu şərtlər içində xalq və dövlət güclənə bilərmi?

«YENİ AZƏRBAYCAN»:

- Beynəlxalq maliyyə institutlarının Azərbaycanla bağlı 2010-cu ilə dair proqnozları yüksək iqtisadi artımın qeydə alınacağından xəbər verir. Məlum olduğu kimi, ötən ay Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının, eləcə də Dünya İqtisadi Forumunun açıqladığı hesabatlarda Azərbaycan iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərdən biri kimi qiymətləndirilib. Bu nüfuzlu təşkilatlar respublikamızı biznes mühitinin vəziyyəti, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər makroiqtisadi göstəricilər üzrə islahatçı ölkələr qrupuna aid edib.

Adıçəkilən beynəlxalq maliyyə qurumlarından sonra digər nüfuzlu təşkilatların da dünya ölkələrinin 2010-cu ildə iqtisadi vəziyyətinə dair hesabatları, eyni zamanda proqnozları açıqlanıb. Bu günlərdə isə Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), «Fitç İbka» reytinq agentliyi 2010-cu ildə dünya iqtisadiyyatının vəziyyətinə dair öz proqnozlarını bəyan edib. Həmin proqnozlarda, eləcə də qiymətləndirmələrdə Azərbaycan maliyyə və makroiqtisadi sabitlik, iqtisadi inkişaf və digər indikatorlar baxımından təqdir olunur. Ümumilikdə, Azərbaycanın inkişaf etmiş ölkə statusuna malik olması qeyd olunan beynəlxalq təşkilatların rəylərində başlıca yer tutur, ölkəmizdə davam edən bu dinamik inkişafın 2010-cu ildə müşahidə ediləcəyinə əminlik ifadə olunur.

«BİZİM YOL»:

«Hökumət tibbi sığortadan imtina etməyə hazırlaşır»

- Hər ay əhalidən toplanan milyonlarla manat necə bölüşdürülür? «Poliqon Araşdırma Qrupu»nun səhiyyə sistemində rüşvət və korrupsiya faktları ilə bağlı araşdırmasında çox maraqlı faktlar yer alıb.

Materialda bildirilir ki, ölkənin səhiyyə sistemində 752 xəstəxana müəssisəsi mövcud olduğu halda əsas ixtisas üzrə 32.500 həkim və orta tibb işçiləri ixtisasları üzrə çalışanların sayı isə 62500 nəfərdir. Hər bir iri tibb müəssisəsində 500-ə qədər həkim və 1000 nəfərə qədər tibb işçisi çalışır. Həmin həkimlər isə 20-40 arası şöbələrə bölünərək fəaliyyət göstərirlər. 752 müəssisə də təxminən 67830 qədər çarpayı olduğunu, hər xəstənin gün ərzində müalicə üçün 1 manat pul ödədiyini nəzərə alsaq, deməli, hər gün 20 min manat, məhz bu yolla əldə olunur. Həmçinin, gündəlik müraciət edən xəstələri də yaddan çıxarmaq olmaz. Apardığımız araşdırmalar sübut edir ki, müəssisələrdə kabinet sahibi olan həkimlər konkret rəqəmlər ödəməklə bu posta sahib olurlar. Belə olan təqdirdə, hər bir şöbə təxminən 3-5 min manat həcmində pul ödəmək məcburiyyətində qalır. Bundan başqa, hazırda qadın məsləhətxanaları ilə uşaq poliklinikalarının sayı 927-yə çatıb. Hər ay bu müəssisələrin hər birindən orta hesabla, daha doğrusu, minimum hesabla 1000 manat pulun yığıldığını nəzərə alsaq, ay ərzində bu rəqəm 927 min manat, il ərzində isə 11 milyon 124 min manat deməkdir.

Səhiyyə Nazirliyinin sözçüsü Anar Qədirli «Bizim yol»a açıqlamasında saytın yazdıqlarına aydınlıq gətirdi: «Mən 3 ildir Səhiyyə Nazirliyinin mətbuat xidmətində işləyirəm. Çox eşitmişəm ki, deyirlər səhiyyədə rüşvət var, koorrupsiya var və s. Ancaq bu işlərə nazirlik baxmır. Bunun üçün hüquq-mühafizə orqanları var. Kimin kimdən şikayəti var, ora müraciət etsin».
XS
SM
MD
LG