Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:23

«İran Azərbaycanın varlığını qəbul etmək istəmir»


İranın Azərbaycandakı səfirliyi hələ ki Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verməyib
İranın Azərbaycandakı səfirliyi hələ ki Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verməyib
- Sionist İsrail rejimi Azərbaycanda ekspansionist və qeyri-qanuni məqsədlərini təmin etmək üçün siyasi fəallar və media nümayəndələrindən ibarət qrupa təlim proqramları keçir. Sionistlərin nümayəndəliyi olan «Maşav»ın təlimlərində iştirak edən şəxslər hazırda respublikada müxtəlif siyasi və inzibati peşələrdə çalışaraq hökuməti istiqamətləndirmək missiyasını yerinə yetirirlər.

Bu, Azərbaycanın İrana nota verməsinə səbəb olan «Səhər» televiziyasının verilişindən qısa bir parçadır. Notada qeyd edilirdi ki, sözügedən materialda Azərbaycanın dövlət siyasəti məqsədyönlü şəkildə təhrif edilib, mili rəmz olan dövlət bayrağı kobudcasına təhqir olunub. Bundan başqa, orada hökumət və parlament üzvlərinə qarşı böhtan dolu ittihamlar yer alıb.

«İRAN AZƏRBAYCANIN VARLIĞINI QƏBUL ETMƏK İSTƏMİR»

«Səhər» televiziyasının həmin verilişində adıgedən millət vəkillərindən Asim Mollazadə deyir ki, İran sadəcə, Azərbaycan Respublikasının varlığını qəbul etmək istəmir. O qeyd edir ki, şəxsən «Maşav» proqramlarında iştirak etməyib. Bununla belə, hesab edir ki, İran Azərbaycanın İsraillə dostluğunu qısqanmaqdansa, Ermənistanla strateji müttəfiqliyi haqqında düşünməlidir:

- İran nəinki Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edir, onlar hətta Livanda, Orta Şərqdə birgə əməkdaşlıq edirlər. Bu, xoşagəlməz çirkin təbliğat məhz İran dövlətinin mahiyyətindən və onların bölgədə apardıqları siyasətdən doğur.

İranın Azərbaycandakı səfirliyi isə hələ ki Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verməyib. Biz gün ərzində səfirliklə əlaqə saxlasaq da, oradan notaya münasibət bildirilmədi.

«Zerkalo» qəzetinin şərhçisi Sədrəddin Soltan isə deyir ki, İranın Azərbaycana ənənəvi münasibəti dəyişmir. İran hakimiyyəti orda yaşayan azərbaycanlıların hüquqlarını necə tanımırsa, Azərbaycan Respublikasını də eləcə qəbul etmək istəmir. S.Soltan düşünür ki, Azərbaycan hökuməti beynəlxalq hüququn imkan verdiyi qaydada İran azərbaycanlılarını müdafiə etməlidir:

«AZƏRBAYCANIN İRANA YÖNƏLİK KONSEPSİYASI DƏYİŞMƏLİDİR»


- Bakının İran azərbaycanlılarına yönəlik konsepsiyası olmadığından, orda soydaşlarımızın dil və başqa hüquqlarını tanımamaqla necə təhqir edirlərsə, Azərbaycanın mili atributlarını da elə təhqir edirlər.

Sədrəddin Soltanın fikrincə, məhz aparılan siyasətin məntiqi kimi Azərbaycana pənah gətirən İran azərbaycanlıları didərgin düşməli olublar. Halbuki, həmin insanlara mili sərvət kimi baxılmalıydı. Çünki məhz onlar İranda azərbaycançılıq ideyasının yaşaması uğrunda mübarizə aparırlar.
XS
SM
MD
LG