Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:32

Avropalı jurnalist öz kitabında Qarabağ münaqişəsi haqda nə yazır?


"Kitabımda gəldiyim əsas nəticə odur ki, keçmiş sosialist düşərgəsindən çıxan ölkələrin milli münaqişələri həll etməsi çox çətindir.

Məsələn, demokratik ölkələrdə tərəflər bir-biriylə dialoq aparır, bu, yalnız liderlər səviyyəsində getmir, xalq diplomatiyasından istifadə olunur.

Amma istər Qarabağı götürün, istər Kosovonu, burada uzun müddət danışıqlar gedir, amma razılıq əldə etmək mümkün olmur".

Draqan Ştavlyanin Azadlıq Radiosunun Cənubi Slavyan Redaksiyasında çalışır.

Onun "Soyuq sülh. Qafqaz və Kosovo" kitabında sosialist düşərgəsi dağılanda yaranan münaqişələr analiz edilir, onların oxşar və fərqli cəhətləri üzə çıxarılır.

Onun fikrincə, avtoritarizmə meylli ölkələrdə rəhbərlər xalqa öz fikrini deməyə şərait yaratmır, hər şeyi öz siyasi iradələri əsasında həll etmək istəyirlər.

"Razılıq ona görə əldə etmək mümkün olmur ki, danışıqları rəhbərlər aparır, xalq bundan kənarda qalır.

Belə barışıq isə hər an təhlükə altına düşə bilər.

Elə kitabı da buna görə soyuq sülh adlandırmışam. Hərbi əməliyyatlar getmir. Aldadıcı bir sakitlik var.

Amma soyuq müharibə kimi, soyuq sülh də böyük faciələrə gətirib çıxara bilər".

Draqan Ştavlyanin deyir ki, Balkan münaqişlərindən fəqli olaraq Qafqazda böyük dövlətlərin enerji maraqları da toqquşur və bu da münaqişələrin həllini çətinləşdirir.

XS
SM
MD
LG