Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:54

Azərbaycan gənci, azadsanmı?


«Bugünkü Azərbaycan reallığında azad fikir söyləməyə platforma yoxdur»
«Bugünkü Azərbaycan reallığında azad fikir söyləməyə platforma yoxdur»
AzadlıqRadiosunun «İşdən sonra» proqramının Beynəlxalq Gənclər Günündə efirə getmiş verilişində «Azadsanmı?» sualına Ol Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Pərvanə Persiani, Yeni Azərbaycan Partiyasının Gənclər Komitəsinin sədr müavini Samirə Quliyeva və hüquqşünas Erkin Qədirli cavab verirdilər.

Bəzi fikirləri diqqətinizə təqdim edirik.

Pərvanə Persiani: «Bugünkü Azərbaycan reallığında azad fikir söyləməyə platforma yoxdur. Bunun nəticəsi olaraq insanlar özləri düşünməyə vaxt sərf eləmirlər. Daha çox başqa adamların həyat tərzini təqlid etməyə üstünlük verirlər. Azərbaycan gəncini hələ ki, azad gənc adlandıra bilmərik».

Samirə Quliyeva: «Mən düşünürəm ki, azadam. Azad xalqın, azad ölkənin nümayəndəsiyəm. Gənclər «azad deyiləm» deyəndə nəyi əsas gətirirlər, bilmirəm».

Pərvanə Persiani: «Gənclər rüşvət vermək, rüşvət almaq istəmirlər, növbəyə durmaq istəyirlər, istədiyi radioya qulaq asmaq istəyirlər, istədiklərini radio və televiziyada dinləmək istəyirlər. Onlar eyni rəngli, eyni formatlı məlumatların onlara sırınmasından yorulublar. Alternativ fikirləri daşıyan gənclər var, amma onların televiziyaya çıxışı yoxdur. Fikirlərini internetdə yayırlar və onları Emin Milli və Adnan Hacızadə kimi buna görə həbs edə bilərlər».

Samirə Quliyeva: «Azadlıq hər kəsin içindədir, razıyam...Bəs belə isə rüşvət almağa kim məcbur edir ki? Televiziyada şou-biznesin çox olması da elə həmin gənclərin tələbatından irəli gəlir. Müxtəliflik var. İnformasiya əsridir, İnternetdən istədiyi məlumatı ala bilər. İnternetlə də istədiyi fikri yaya bilər. Heç kim buna qadağa qoymursa, nə mane olur? O ki qaldı iki bloqçunun həbsinə, azadlıq deyiləndə hər fikri ötürmək olmaz. İnformasiyanı ötürəndə düşünmürlər ki, bu, Azərbaycanın imicinə necə təsir edəcək. Axı bütün bunlar Azərbaycanın imicinə təsir edir. 100 faiz hər şey yaxşıdır demək olmaz. Nöqsanlar da var, irəliləyiş də. Amma nəyimiz var, yaxşısı və pisi ilə birgə bizimdir - azərbaycanlıların. Hər şeyi açıq-aydın demək, dünyaya bunu reklam eləmək, düşünürəm, hardasa düzgün deyil. Elə məsələlər var ki, daxildə qalmalıdır. Bunu qırağa çıxarmaq, Azərbaycanın imicinə ziyan gətirə bilər. Hər kəsə hər şey icazə verilsə, xaos olar. Müəyyən çərçivə olmalıdır ki, bunu gənclər özü də gözləməlidir. Xalqımız naminə. Ola bilsin o gənclər elə bir informasiya veriblər ki, bu, Azərbaycana ziyan gətirə bilərdi».
XS
SM
MD
LG