Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Gənc fəal sərbəst buraxıldı


«Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu sərbəst buraxıldı. Foto IRFS
«Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu sərbəst buraxıldı. Foto IRFS
«Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu sərbəst buraxıldı. Avqustun 6-da Apellyasiya Məhkəməsi gənc fəal haqqında həbs-qətimkan tədbirini ləğv edib. Ancaq o azadlıqda olduğu müddətdə istintaq davam edəcək.

Onun barəsində bu qərarı Nərimanov rayon məhkəməsi çıxarmışdı.

Ağasif Şakiroğlu avqustun 3-də saxlanılıb. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur. Gənc özü isə həbsinin siyasi məqsəd daşıdığını deyir.

Vəkil Bəhruz Quliyev «Azadlıq» radiosuna bildirib ki, Ağasif Şakiroğlu hərbi xidmətə çağırılacağı təqdirdə onun barəsində cinayət işinə xitam verilməlidir.
XS
SM
MD
LG