Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:48

Naxçıvanın Konstitusiyası dəyişdirilir


Naxçıvan Muxtar Respublikası Ali Məclisi, 16 dekabr 2008
Naxçıvan Muxtar Respublikası Ali Məclisi, 16 dekabr 2008
İyulun 30-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 3-cü çağırış 7-ci sessiyası işinə başlayacaq.

45 deputatın iştirakı ilə keçiriləcək sessiyada nazirlik, komitə və idarə rəhbərlərinin də iştirakı gözlənilir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.

2009-cu ilin birinci yarısında Naxçıvan MR-nın sosial-iqtisadi inkişafının yekunları;

Naxçıvan MR-nın 2009-cu il dövlət büdcəsinin icrasının təsdiqi;

Naxçıvan MR Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi;

Naxçıvan MR Vəkillər kollegiyası haqqında Naxçıvan MR Qanununa dəyişikliklərin edilməsi.
XS
SM
MD
LG