Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Dondurulmuş böhranlar partlamayan bombalar kimi durur


Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu
Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu
Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu media qurumlarının Ankara təmsilçiləri ilə görüşüb. Bəzi köşə yazarlarının görüşlə bağlı yazdıqlarını təqdim edirik:

Fikret Bila («Milliyet» qəzetinin Ankara təmsilçisi)
«Qafqazda partlamamış bombalar»

Nazir Davutoğlu Rusiya və Qafqazla bağlı olaraq bu şərh verdi: «Rusiya ilə münasibətlərimiz yaxşıdır. 35 milyard dollarlıq ticarət dövriyyəmiz və əməkdaşlıq imkanlarımız var. Putinin Ankaraya səfəri münasibətlərimizi inkişaf etdirəcəkdir. Qafqazda Gürcüstan hadisəsi göstərdi ki, dondurulmuş böhranlar-əlimizdə partlamayan bombalar kimi durur. Bunlar regional, qlobal böhrana çevrilə bilir. Biz qonşu hövzələrdə sabitlik yaradıcı və onu qoruyucu rol oynamaq istəyirik. Bu çərçivədə Azərbaycan-Ermənistan münasibətlərinin düzələcəyinə və bölgədə tarixi sülhün yenidən yaradılacağına inanırıq. Bölgəyə uzun vədəli baxırıq, problemin səbirlə həll ediləcəyini düşünürük. İşğal altında olan Azərbaycan torpaqları probleminin həll ediləcəyinə və azəri qardaşlarımızın o yerlərə dönəcəyinə inanırıq»

Murat Yetkin («Radikal» qəzeti Ankara təmsilçisi)
«Məsələnin həlli İmralıda deyil, Ankaradadır»

Davutoğlunun üstündə dayandığı başqa bir məsələ də Rusiya və Qafqaz oldu. Davutoğlu həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərinin inkişaf edəcəyinə inandığını dedi. Davutoğlunun Qafqazla bağlı dediyi bir cümlə ciddi xəbərdarlıq idi. Ona görə də buraya qeyd etməyimizdə fayda var: «Dondurulmuş böhranlar əlimizdə partlamağa hazır olan bombalar kimi durur: keçən il heç gözləmədiyimiz halda Gürcüstanda yaşadıqlarımız ortadadır».
XS
SM
MD
LG