Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:47

«Sarkozinin çıxışı Fransadakı müsəlmanlara eyham idi»


«Sarkozi dedi ki, çadra Fransada qəbul edilən bir şey deyil»
«Sarkozi dedi ki, çadra Fransada qəbul edilən bir şey deyil»
«Bu gün Avropa siyasətçilərinin 2000-ci ilin əvvəlinə qayıdaraq müsəlman geyimlərinə görə narahat olması qəribə görsənir. Bir neçə gün əvvəl Versalda çıxış edən Fransa prezidenti müsəlman qadınlarının geyindiyi çadraya hücum etdi. O dedi ki, çadra Fransada qəbul edilən bir şey deyil».

«Financial Times» qəzetində Saymon Kuperin «Çadra məsələsi müsəlmanlara qarşı təzyiq kimi başa düşülməməlidir» adlı yazısında belə deyilir.

«SARKOZİNİN ÇIXIŞI FRANSADAKI MÜSƏLMANLARA EYHAM İDİ»

Məqalədə bildirilir ki, sanki 2001-ci il 11 sentyabr hadisələrindən sonra Avropanın bu dinə qarşı ritorik müharibələri yenidən başlayır:

«Lakin Avropa artıq başqa bir eranı yaşayır. Bu həqiqətdir ki, cənab Sarkozinin çıxışı Fransadakı müsəlman təşkilatlarına eyham idi. Lakin Avropanın müsəlmanlara sərtliyinin də bir həddi var. Sarkozi Avropada müsəlmanların yaşama və fəaliyyətini qəbul edir. Çox az avropalı siyasətçi bu dinə düşmən münasibəti bəsləyir. Lakin çadra məsələsinin gündəmə gətirilməsi Avropada islama ehmalca sərhəd çəkməyə işarə vurur».

Yazıda deyilir ki, Sarkozinin nitqinin bir hissəsi Qəzza ilə də bağlı idi. Dekabr ayında İsrail bu əraziyə hücum edəndən sonra Fransa Müsəlman Etiqadı Şurası Sarkozini İsrailin hücumuna son qoymağa çağırdı. Bu quruma üzv olanlar fələstinlilərə rəğbət bəsləyirdilər. Bəziləri Fransadakı sinaqoqlara hücum etmişdilər. Fransanın Daxili İşlər naziri ölkə yəhudiləri və müsəlmanlarının liderlərinə zəng vuraraq münaqişəni Fransa ərazisinə gətirməməyi tapşırdı.

«MÖTƏDİL DANIŞIQLARA ARTIQ YER QALMAYIB»

Massaçusets Brandies Universitetinin siyasi elmlər və Avropa müsəlmanları üzrə professoru Jit Klausen deyir ki, Qəzza məsələsi Sarkozinin Fransa müsəlmanlarına qarşı mövqeyini dəyişdi.

Qəzzadakı hadisələr Avropadakı bəzi hökumətləri yenidən fikirləşməyə məcbur etdi. Belə bir arqument irəli sürüldü ki, islamçılıq elə bir həddə çatıb ki, mötədil danışıqlara artıq yer qalmayıb. 2003-cü ildə Daxili İşlər naziri olmuş Sarkozi özü Fransa Müsəlman Etiqadı Şurasını yaratmışdı. Lakin indi sanki o, bu addımı atdığına görə peşiman olub. Bu qurumda nəinki radikallar meydana gəldi, şura həm də iki yerə bölündü. Bu da quruma yığışan müsəlmanlar arasında fikir ayırılığına gətirib çıxardır. Professor Klausen deyir ki, çadra məsələsi ilə Sarkozi özünü keçmiş Fransa müsəlmanları müttəfiqlərindən ayrımaq istəyir.

Sarkozinin çıxışı onu həm də ABŞ prezidenti Barak Obamadan ayırır. Bu ayın əvvəlində Obama demişdi ki, ABŞ insanlara nə geyinəcəklərinə dair göstəriş vermir. Klausen deyir ki, Sarkozi çadra məsələsinə başqa məqsədlərlə toxunmuş ola bilər.

«AVROPANIN SİYASİ GÜNDƏMİNDƏ İSLAM MÖVZUSU BÖYÜK YER TUTMUR»

Məqalədə bildirilir ki, Avropada İraq müharibəsinə görə yaranan qəzəb artıq soyuyub. Dörd il əvvəl baş verən sonuncu - ən böyük terror hadisəsindən sonra qazışmış debatlar da səngiyib. İmmiqrasiya məsələləri üzrə ekspert, «Necə fransız olmaq olar?» adlı kitabın müəllifi Patrik Veyl deyir ki, bu gün Avropanın siyasi gündəmində islam mövzusu böyük yer tutmur. Yalnız ektremist partiyalar bu məsələni dartışmağı xoşlayırlar. Onun sözlərinə görə, 2001-ci ildən bu yana avropalılar islamla bağlı xeyli maarifləniblər. Fransa müsəlmanları arasında keçirlən sorğuda onların çox qz qismi çadranın ləğv olunmasını dəstəkləyib.
XS
SM
MD
LG