Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Düzəlişlər vətəndaş cəmiyyətinin boğulmasına yönəlib


«Mən sizə qeyri-hökumət təşkilatları ilə bağlı qanuna düzəliş edilməsi məsələsindən narahat olduğumu bildirmək üçün yazıram. Bu qanun layihəsi Azərbaycanın insan haqları və azadlıqları ilə bağlı götürdüyü öhdəliklərə ziddir və əgər qəbul olunarsa, Azərbaycandakı demokratik proseslərdə ciddi geriləmə olacaq».

«Human Rights Watch» təşkilatının icraçı direktoru Holli Kartnerin Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda belə deyilir.
Məktubda prezidentdən parlamentin bu məsələnin müzakirəsini dayandırmaq üçün dərhal lazımi addımlar atmağa xahiş edilir. Prezident İlham Əliyevdən xahiş edilir ki, o, parlamentə bu qanun layihəsini baxış üçün Avropa Şurasının Venesiya komissiyasına göndərməyi və hər hansı düzəlişdə komissiyanın şərhlərini nəzərə almağı tapşırsın:

«Düzəlişlə bağlı olan bu qanun layihəsində xeyli çatışmazlıq və Vətəndaş və Siyasi Haqlarla bağlı Beynəlxalq Konvensiya və sərbəst toplaşma ilə bağlı İnsan Haqları və Əsas Azadlıqlarla bağlı Avropa Konvensiyasına zidd məqamlar var. Təklif olunan düzəlişlər birlikdə götürüləndə yerli və beynəlxalq vətəndaş cəmiyyəti qruplarına qarşı lüzumsuz məhdudiyyətlər qoya bilər».

Məktubda deyilir ki, ölkədə pisləşən media vəziyyətini də nəzərə alsaq təklif olunan düzəlişlər Azərbaycanda vətəndaş cəmiyyətinin boğulmasına yönəldilmiş kimi görünür.

«Biz sizdən xahiş edirik ki, müstəqil vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini məhdudlaşdıran addımların qarşısını alasınız».
«Human Rights Watch»un icraçı direktoru Holli Kartnerin Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda belə deyilir.
XS
SM
MD
LG