Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Sosial ipoteka verilir. Bankların xəbəri yoxdu


İyunun 18-dən güzəştli ipoteka kreditlərinin verilməsi bərpa edilir. Azərbaycan İpoteka Fondu bununla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, güzəştli ipoteka kreditini almaq istəyən vətəndaşlar qeyd olunan tarixdən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

2009-cu il Dövlət büdcəsində güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulmuş 14 milyon manat vəsaitin bir hissəsi artıq Fondun hesabına köçürülüb.

Amma müvəkkil kredit təşkilatları bundan xəbərsizdir. Bununla bağlı «Azadlıq» radiosunun suallarını cavablandıran banklar hələ İpoteka Fondundan tapşırıq almadıqlarını deyiblər.

Azərbaycanda 18 müvəkkil kredit təşkilatı ipoteka kreditləri verir.

Sosial ipotekadan şəhid ailəsinin üzvləri, Milli Qəhrəman ailələri, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər, elmi dərəcəsi olan şəxslər, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə etmək hüququ var.
XS
SM
MD
LG