Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Köhnə mənzillərin alınması üçün də İpoteka veriləcək


İpoteka kreditlərinin verilməsinə bu ilin iyun ayından başlanıb
İpoteka kreditlərinin verilməsinə bu ilin iyun ayından başlanıb
«İpoteka kreditlərinin verilməsində yeni və ya köhnə binalarda yaşayış sahəsinin alınmasına hər hansı bir məhdudiyyət yoxdur». Azərbaycan İpoteka Fondunun (AİF) mətbuat üçün məlumatında belə deyilir.

Fond bildirir ki, vətəndaşlar mövcud qaydalara əsasən həm ilkin bazarda (yeni binalar), həm də təkrar bazarda (köhnə binalar) ipoteka krediti hesabına yaşayış sahəsi almaq üçün müraciət edə bilərlər.

AİF həmçinin bildirir ki, dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin AİF-ə köçürülməsi üçün artıq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunub. Vəsaitin köçürülməsindən dərhal sonra güzəştli ipoteka kreditlərinin verilməsi prosesinə başlanılacaqdır.

İpoteka kreditlərinin verilməsinə bu ilin iyun ayından başlanıb. Banklardan bildirirdilər ki, bu kreditlə yalnız yeni tikililərdən ev almaq olar. Milli Bankın sədri Elman Rüstəmov bunun tikinti sektorunun canlandırılması üçün edildiyini deyirdi.
XS
SM
MD
LG