Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Buş hara, Obama hara


«Guardian»: Heç bir prezident Obama kimi çıxış edə bilməzdi
«Guardian»: Heç bir prezident Obama kimi çıxış edə bilməzdi

Amerika prezidentinin müsəlmanlara müraciətini Qərbdə necə qiymətləndirirlər? – Ən nüfuzlu qəzetlərin əsas fikirləri...

«New-York Times»:
Obamanın tənqidçiləri deyirlər ki, o, üzrxahlıqlara həddən artıq çox vaxt sərf edir, ölkənin imicini zəiflədir. Ancaq Buşun 8 illik sərt siyasəti dostları da Amerikanın əleyhinə döndərdi.
Gərək güclü prezident olasan ki, keçmişin səhvlərini etiraf edə biləsən.
Gərək güclü prezident olasan ki, özünü də, dünyanı da daha güclü olmağa doğru itələyəsən.

«Times»:
Obama göstərdi ki, Amerika hərbi gücü ilə bacarmadığını yumşaq davranışla edə bilər.
Obama daha nə elədi? – O sivilizasiyalar davası adlı mifi dağıtdı.

«Wall Street Journal»:
Obama bir faktı xatırlatmağı yaddan çıxartdı. O demədi ki, heç bir ölkə müsəlmanları azad eləmək üçün bu qədər iş görməyib, nəinki Amerika.
Amerika Küveyti azad elədi, Bosniyanı, Kosovonu.
Elə Əfqanıstan, İraq müharibələrini götürəndə, İraqda 50 milyon müsəlman müasir dövrün ən böyük tiraniyası altda yaşayırdı.

«Financial Times»:
Buş ərəb dünyasına axırıncı dəfə gələndə onu uçan ayaqqabılar qarşıladı. Bu, Amerikanın nüfuzunun haraya düşdüyünü göstərirdi.
Obama gələndə isə onu ayağa qalxıb, gurultulu alqışlarla qarşıladılar və Obama yenə söhbətə başladı.
Obama çıxışında çətin mövzulardan yayınmadı, bu mövzuların yaratdığı tələlərə də düşmədi.

«Guardian»:
Heç bir prezident Obama kimi çıxış edə bilməzdi. Buşun tonu elə idi ki, ya belə çıxırdı ki, müsəlmanlara yuxarıdan aşağı himayəçi kimi baxırdı, ya da rəqib kimi.
Obama isə kökündən fərqli ideya irəli sürdü - müsəlmanlara hörmət edin.
Obama dedi ki, cəbrdən tutmuş poeziyaya qədər sivilizasiyalar İslam dünyasına borcludur.

«Economist»:
Obamanın gözəl sözləri tezliklə yaddan çıxacaq, əgər bunun ardınca əməli işlər gəlməsə.
Ola bilər, onun detallı planları yoxdur. Ancaq bu, onun qətiliyini azaltmır və Obamanın özünə də kömək lazımdır. Elə həmin Əl-Qaidəni məğlub etməkdə onun müsəlmanların köməyinə ehtiyacı var.
XS
SM
MD
LG