Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Rövnəq Abdullayev gizli müqavilələrin olmasını təkzib edir


Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 16 neft yatağının işlənməsinə dair müqavilənin gizlədilməsilə bağlı məlumatları təkzib edir.

Onun sözlərinə görə, Şirvanda və Neftçalada olan bu yataqlar 1995-ci ildən xarici şirkətlər tərəfindən işlənir. Bir neçə il davam edən danışıqlardan sonra həmin şirkətlərlə Hasilatın Pay Bölgüsü (PSA- Production Sharing Agreement) müqavilələrinə keçildiyini deyən cənab Abdullayevin sözlərinə görə, tam razılıq əldə olunmadan bu barədə məlumatların açıqlanması podratçı şirkətlərin müqavilədən imtina etməsilə nəticələnə bilərdi. Dövlət Neft Şirkətinin prezidenti hesab edir ki, əgər bu müqavilənin imzalanması gizli saxlanılsaydı o Milli Məclisdə deputatların müzakirəsinə verilməzdi. Cənab Abdullayev «Turan» İnformasiya Agentliyinin bu barədə yazdığı məlumatların düzgün olmadığını deyir:

«Artıq 1995-ci ildən xarici şirkətlər tərəfindən orda neft-qaz əməliyyatları həyata keçirilirdi. Bir müqavilədən başqasına keçmək üçün bu məsələ Milli Məclisdə qəbul olunmadan bunu açıqlaya bilməzdik. Ola bilərdi ki, həmin şirkət bunu qəbul etməyib geri çəkilə bilərdi. Biz həmin şirkəti böyük danışıqlar nəticəsində PSA müqaviləsinə keçirdik. Bu həm Azərbaycan, həm də Dövlət Neft Şirkəti üçün daha xeyirli və mənfəətli bir müqavilə tipidir. Neftin qiymətinin aşağı düşdüyü vaxtda bir çox şirkətlər qurudakı yataqlara maraq göstərmirlər. Və bu baxımdan həmin şirkətlər danışıqlardan geri çəkilə bilərdilər. Ona görə biz bunu Milli Məclisdən keçirəndən sonra elan elədik».

Rövnəq Abdullayev həmin müqavilələrdən Azərbaycanın payının 20, yataqları işlədən şirkətin payının 80 faiz olması məsələsinə də münasibət bildirib. Cənab Abdullayev deyib ki, 20 faiz ARDNŞ-nin iştirak payıdır, dövlətin payı isə başqadır.

«Dövlət payı ayrı məsələdir, iştirak payı ayrı məsələ. Bu PSA müqavilələrində müqavilə müddətində karbohidrogen ehtiyatlarının 90 faizi dövlətə çatır. 20 faiz əməliyyatda olan işləmə faizləridir. Biz bunu belə elədik ki, orda həm iştirak, həm də səs hüququ payımız olsun. Biz bundan çox faiz də istəmirik. Biz orda operatorluq etmiriksə bizə orda elə böyük pay lazım deyil. PSA elə qurulub ki, orada dövlətə gəlir payı arta-arta gedir və sonda 90 faiz dövlətə, 10 faiz də podratçı şirkətə çatır».
XS
SM
MD
LG