Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:26

Erməni müxalifəti seçkinin nəticələrinə etiraz edir


Yerevanda mer seçkisi, 31 may 2009
Yerevanda mer seçkisi, 31 may 2009
Erməni müxalifəti mayın 31-də Yerevanda Ağsaqqallar Şurası - bələdiyyə üçün keçirilən seçkinin elan olunan nəticələrinə etiraz edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 1-də elan etdiyi nəticələrə görə, seçkinin qalibi hakim Respublikaçılar Partiyasıdır. Bu partiya 47.4% səs alıb. Bununla da hakim partiyanın siyahısında birinci olan Qagik Beqlaryan Yerevanın meri seçilə bilər.

Hakim koalisiyanın kiçik üzvlərindən olan «Çiçəklənən Ermənistan» Partiyasının 22.7%, əsas müxalifət təşkilatı Erməni Milli Konqresinin isə 17.4% səs topladığı bildirilir.

MÜXALİFƏT NƏTİCƏLƏRİ QƏBUL ETMİR


MSK seçkiyə qatılan qalan partiyaların hamısının 7 %-lik məhdudiyyət həddini keçə bilmədiklərini qeyd edir.

Amma müxalifət bu nəticələri qəbul etmir. Onlar bildirirlər ki, bir adamın dəfələrlə səs verməsi - «karusel» əməliyyatından, seçicilərin səslərinin pulla alınmasından, müxalifətin seçki komissiyalarındakı nümayəndələrinə qarşı təzyiqlərdən geniş istifadə olunub.

MÜXALİFƏT AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏRİNƏ QƏZƏBLİDİR

Müxalifət bir tərəfdən də seçkini müşahidə edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə qəzəblidir.
Avropa Şurasının müşahidə missiyası
Onlar iyunun 1-də keçirdikləri mətbuat konfransında seçkinin nəticələrini bu cür qiymətləndiriblər:

«Ümumilikdə seçkinin təşkili Avropa standartlarına uyğun olub. Konqresin müşahidəçiləri qeyd edirlər ki, Yerevanda 2008-ci ilin seçkiləri ilə müqayisədə, bu, irəliyə doğru diqqətəlayiq bir addımdır».

Avropa Şurasının 12 nəfərlik müşahidəçisi Yerevandakı 400-dən çox məntəqəni gəzdikdən sonra bu qənaətə gəldiklərini bildirirlər.

Onlar deyirlər ki, «bəzi qanun pozuntuları olsa da, bu, seçkinin nəticələrinə təsir edə biləcək qədər ciddi pozuntular deyildi».

Jurnalistlərin bu seçkini «mətbuat nümayəndələrinin ən çox təzyiqlərə məruz qaldığı seçki» adlandırmasına münasibət bildirərəkən Avropa Şurası Konqresinin müşahidəçilərinin rəhbəri Nigel Mermaqen yekun rəylərində bu hadisələri də nəzərə alacaqlarını bildirib.

Şərhinizi yazın.
XS
SM
MD
LG