Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:49

«Bütün bu kəmərlər məsələnin yalnız bir hissəsidir»


Riçard Moninqstar
Riçard Moninqstar
«Nabucco» həmçinin Türkiyə, Yunanıstan və İtaliya arasında birləşdirici kəmərlərin hansı ardıcıllıqla inkişaf edəcəyi kommersiya məsələsidir. Hər iki layihə strateji nöqteyi-nəzərdən əlverişlidir».

İyunun 1-də ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Moninqstar Bakıda belə deyib.

Diplomat bildirib ki, bu layihələr tək Azərbaycanda deyil, Türkmənistan və İraqda da irəliyə doğru yollar açmağa kömək edə bilər. Biz anlamalıyıq ki, bütün bu kəmərlər məsələnin yalnız bir hissəsidir, Avropanın bütün enerji problemlərini həll etmir.

Cənab Moninqstar vurğulayıb ki, Birləşmiş Ştatlar Xəzər hövzəsindən neftin və qazın Avropa və dünya bazarlarına çıxarılmasının kommersiya baxımından sərfəli olan bütün yollarını dəstəkləyir, amma bir şərtlə:

«Biz inanırıq İran hazırkı dövrdə öz öhdəliklərini pozmağa və beynəlxalq sülhə və sabitliyə təhlükə olaraq qalmağa davam etdiyi bir zamanda bu ölkənin qazının hər hansı bir layihəyə daxil etməyin zamanı deyil. Biz ümid edirik ki, İranın davranışı elə dəyişəcək ki, biz İran qazının bu layihələrə qoşulmasını dəstəkləyəcəyik. İndi isə bunun vaxtı deyil».

ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Moninqstar iyunun 2-də Bakıda keçiriləcək 16-cı «Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası» Sərgi-Konfransında iştirak edəcək.
XS
SM
MD
LG