Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:40

İki erməni əsgərinin Azərbaycan tərəfə keçməsi təsdiqləndi


Ermənistan hərbçiləri Qazax rayonu ilə həmsərhəd ərazidə, 12 iyul 2008
Ermənistan hərbçiləri Qazax rayonu ilə həmsərhəd ərazidə, 12 iyul 2008
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, mayın 31-i saat 13:00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri Azərbaycan tərəfə keçiblər. Onlar 1991-ci il təvəllüdlü Ohan Harutunyan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Gevorq Tomosyan Serjikoviçdir.

Dövlət Komissiyasının məlumatına görə, həmin şəxslər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxlanılır və barələrində zəruri araşdırmalar aparılır.
XS
SM
MD
LG