Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

Bin Laden öldürüldü


BİN LADEN KİM İDİ?

1996-cı ildən Qərbə cihad élan edən Osama Bin Laden 1957-ci ildə Səudiyyə Ərəbistanın paytaxtında, Ər Riyadda, varlı ailəsində doğulub. Osama atası Məhəmməd Bin Ladenin 10-cu arvadından yeganə oğlu idi. Valideynləri o doğulandan sonra boşanıblar. Bin Ladenin 10 yaşı olanda atası amerikan pilotunun enişdə yol verdiyi səhv ucbatından təyyarə qəzasında həlak olub.

1979-cu ildə Osama bin Laden Kral Abdulaziz Universitetində oxuduğu kolleci buraxıb, Əfqanıstana gedib və burda Sovet qoşunlarına qarşı vuruşanlara qoşulub.

1988-ci ildə Al-Qaedanı yaradıb. 1990-cı ildə İraq Küveyti tutanda, Səudiyyə Ərəbistanı da köməyə ABŞ-ın çağırandan sonra Qərbə qarşı çıxışlara başlayıb.

Nyu-Yorkda, 1990-cı ilin Noyabrında Amerikalı yəhudi ravvin Martin David Kahaneyə sui-qəsd, 1992-ci ildə Yəməndə bir hoteldə partlayış təşkil edib. 1993-cü ildə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzini partlatmağa cəhd edib. Amma terror aktı baş tutmayıb.

1992-ci ildə Ərəbistandan qovulub Sudana gedib, 1996-cı ildə isə burdan da qovulub və Qərbə qarşı cihad élan edib.

1996-cı ildə Əfqanıstana gəlib və burdakı Taliban rejimi ilə əlaqələr yaradıb. Rejimə elədiyi yardımların əvəzində ona Qandahar yaxınlığında hərbi düşərgə salmağa şərait yaradıblar.

Bin Ladeni 1997-ci ildə Misirdə Luxor qırğını, 1998-ci ildə Kenya və Tanzaniyada ABŞ səfirliklərinə hücum, 2000-ci ildə Yəməndə ABŞ hərbi gəmisində intiharçı partlayışa görə ittiham edirlər.

3 min nəfərin həlak olduğu 2001-ci ilin 11 Sentyabr hadisələrindən sonra ABŞ Əfqanıstandakı Taliban rejimindən onu təhvil verməyi tələb edib. Rədd cavabı aldıqdan sonra NATO qoşunları Əfqanıstana girib.

10 il ərzində geniş miqyaslı hərbi əməliyyatlar aparılsa da, Bin Ladeni tapmaq mümkün olmurdu. Bin Ladenin yeri haqda məlumat verənə 25 milyon dolar mükafat vəd edilmişdi. Onun Əfqanıstanın Pakistanla sərhəd zonasında, Vəziristanda, dağlarda gizləndiyi güman edilirdi.



DÜNYA LİDERLƏRİ BİN LADENİN ÖLÜMÜNƏ SEVİNİR



Dünyanın bir çox ölkələrinin liderləri Bin Ladenin ölüm xəbərini alqışlayıblar.

ABŞ-ın eks-prezidenti Corc Buş bunu Amerikanın qələbəsi və ədalətin zəfəri adlandırıb.

Türkiyə Prezidenti Abdullah Gül deyib ki, bu ölüm digər terrorçulara da xəbərdarlıq olmalıdır.

Rusiya AL-Qaeda liderinin qətlini böyük uğur kimi qiymətlənidirib və terrorla mücadilədə ABŞ-a dəstək verməyə davam edəcəyini bəyan edib.

Fransa, Britaniya, Almaniya rəhbərləri bu əməliyyatı alqışlayıb, amma terrorla mübarizədə sayıqlığı qorumağa çağırıblar.

Bin Ladenin öldürülməsini ancaq Fələstinin Qəzza bölgəsindəki Həmas qınayıb. Pakistan Talibanının sözçüsü Ehsanullah Ehsan da Röyters agentliyinə verdiyi müsahibədə ABŞ-ı, Pakistan rəhbərliyini qisas almaqla hədələyib.

Əfqanistan prezidenti Həmid Kərzai isə bu xəbərin ardından digər terrorçuları silaha buraxmağa çağırıb, eyni zamanda qonşu Pakistanı bin Ladeni uzun müddət gizlətməsinə görə, Qərbi isə düzgün mübarizə aparmamasına görə qınayıb:

“Dünya bizim uzun illər az qala hər gün təkrarladığımız həqiqəti bilməlidir. Terrorla mübarizə Əfqanıstanın kəndlərində, Əzilən əfqanların evlərində, və günahsız əfqan qadınları və uşaqlarını bombalamaqla aparılmamalıdır. Terrorla mübarizəni terrorçuların yuvalarında, mərkəzlərində və təlim düşərgələrində aparmaq lazımdır. Bu gün bu bir daha əyan oldu”.


BİN LADENİN HARDA DƏFN EDİLDİYİ AÇIQLANMIR


ABŞ rəsmiləri élan ediblər ki, Bin Ladenin cəsədi islam ənənələrinə uyğun yuyulub, və dəfn edilib. Əl-Qaeda liderinin harda dənf edilməsi açıqlanmayıb, sadəcə, dənizdə basdırıldığı bildirilir.

Minlərlə adam Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin dağılmış binalarının qarşısında, Tayms meydanında və Vaşinqtonda Ağ Evin qarşısına yığışıb, bayram ediblər.

Bundan başqa Obamanın Al-Qaeda liderinin ölümü xbərini élan etməsindən sonra keçirilən NBA – Milli Basketbol Assosiasiyasının oyunlarında da azarkeşlər uzunmüddət bu xəbəri qeyd ediblər.



BİN LADEN NECƏ ÖLDÜRÜLDÜ


Obama bildirib ki, onlar avqust ayında Bin Ladenin yeri haqda məlumatları əldə etməyə nail olublar. Və ötən həftə əməliyyatla bağlı qərar verilib.

May ayının 1-də xüsusi təyinatlı qrup İslamaabad yaxınlığındakı Abbottabad şəhərində Bin Ladeni ələ keçirmək üçün əməliyyat keçirib.

Bin Ladenin gizləndiyi 2 mərtəbəli ev Pakistan hərbi akademiyasının bir neçə metrliyində yerləşirmiş.

Pakistan rəsmiləri əməliyyatla bağlı deyib ki, Bin Ladenin ətrafındakılar hücum edən iki vertolyotdan birini vurub. Amma Obama qeyd edib ki, güclü atışma olsa da, əməliyyat zamanı bütün ABŞ hərbçiləri sağ-salamat qurtula bilib.

Pakistan TV-ləri Bin Ladenin Bin Ladenin qanlı üzünün görüntülərini və onun qaldığı evdən yüksələn tüstü görüntülərini nümayiş etdiriblər.

Minlərlə adam Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin dağılmış binalarının qarşısında, Tayms meydanında və Vaşinqtonda Ağ Evin qarşısına yığışıb, bayram ediblər.

Bundan başqa Obamanın Al-Qaeda liderinin ölümü xbərini élan etməsindən sonra keçirilən NBA – Basketbol Assosiasiyasının oyunlarında da azarkeşlər uzunmüddət bunu qeyd ediblər.

BİN LADENİN ÖLÜM XƏBƏRİNİ OBAMA AÇIQLADI

ABŞ prezidenti Barak Obama elan edib ki, Al-Qaeda lideri Osama bin Laden öldürülüb. Obama deyib ki, Bin Laden Pakistanda ABŞ-ın keçirdiyi əməliyyatda öldürülüb və terrorçunun cəsədi ABŞ-dadır. O, bildirib ki, Amerika qüvvələri itki verməyib və mülki şəxslərdən də zərərçəkən olmayıb.

“Bin-Ladenin ölümü Al-Qaedanı məğlub etmək yönündə ölkəmizin ən mühüm uğurudur. Amma onun ölümü hələ də bizim səylərimizin sonu deyil. Ancaq şübhə yoxdur ki, Əl-Qaidə bizə hücumlarını davam etdirəcək. Biz ölkə daxilində və xaricində ayıq-sayıq olmalıyıq və olacağıq”.

Prezident Obama Üsamə bin Ladenin ölümü haqda
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00
Direct-ə keçid


Obama əlavə edib ki, Birləşmiş Ştatlar İslamla müharibə aparmır və Bin Laden müsəlman lideri, kütləvi qırğın törədən cinayətkardır. Bin Laden tarixdə bir neçə ölümcül hərbi hücumun, həmçinin 2001-ci il 11 sentyabr terrorunun təşkilatçısı sayılır.

Keçmiş prezident Corc Bush terror təşkilatının rəhbərinin öldürülməsinin terrorla mübarizədə ciddi bir uğur olduğunu açıqlayıb.

SEVİNƏN AMERİKALILAR


Terrorçunun öldürülməsini eşidən amerikalılar sevinclə Ağ Evin qarşısına toplaşmağa başlayıblar. “Amerika, Amerika!” deyə şüarlar səsləndirən insanlar xoşbəxt olduqlarını deyiblər.

9/11 hadisələrindən sonra Amerika qoşunları Ben Ladeni axtarmaq məqsədiylə Əfqanıstana daxil olmuşdu.
XS
SM
MD
LG