Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

Magistraturaya qəbul imtahanının günü təyin edildi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2006-07-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanları keçirəcək.


Bakalavrlar imtahan üçün lazım olan sənədləri sənəd qəbul komissiyalarından iyul ayının 21-dən etibarən ala bilərlər.


TQDK bakalavrların nəzərinə çatdırır ki, «Buraxılış vərəqəsi»ni və «Bakalavrın vəsiqəsi»ni itirmək və zədələmək olmaz. Korlanmış və ya itirilmiş «Bakalavr vəsiqəsi»nin əvəzinə dublikat (yenisi) verilmir və həmin bakalavrlar imtahana buraxılmır.


İmtahanın keçirilmə vaxtını və yerini bakalavrlar «İmtahana buraxılış vərəqəsi»ndən öyrənə bilərlər.


TQDK bildirir ki, 4360 plan yerinə 10795 ərizə daxil olub. 8502 nəfər Azərbaycan bölməsinə, 2293 nəfər isə rus bölməsinə sənəd veriblər. 1791 nəfər ali məktəbləri fərqlənmə diplomu ilə bitiriblər, onlardan 1022 nəfər 2006-cı ilin məzunudur. Sənəd verənlərin 4705 nəfəri oğlanlar, 6090 nəfəri isə qızlardır.


Sənəd vermiş bakalavrlardan 4926 nəfəri 2006-cı ilin məzunlarıdır.


XS
SM
MD
LG