Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:43

Abbas Lisaninin məhkəməsi başlayır


Abbas Lisani
Abbas Lisani

30 gündən bəri nəzarət altında olan İran azərbaycanlılarının fəallarından Abbas Lisani iyulun 6-da Ərdəbildə mühakimə edilməlidir. O məhbəsə salınan gündən qeyri-qanuni həbsinə etiraz əlaməti olaraq aclıq elan edib və artıq 15 gündür ki su da içmədiyi xəbər verilir. Abbas Lisani ən tanınmış fəallarından biridir. Elə buna görə də dəfələrlə həbs və mühakimə edilib.


O son dəfə iyunun 3-də Ərdəbil şəhərindəki evindən tutulub, aparılıb. Həyat yoldaşının verdiyi məlumata görə, təhlükəsizlik idarəsinin 30-dan çox mülki geyimli əməkdaşı onların evlərinin qapısının qıfılını qıraraq heç bir bildiriş göstərmədən evlərinə daxil olmuş, Abbas Lisanini onun və iki gənc oğlunun gözləri qarşısında döyüb, əllərini qandallayaraq aparıblar. Onlar həmçinin 2 mobil telefon, bir çox disk, kitab və kompüteri də özləri ilə aparıblar. Abbas Lisaninin azad edilməsi haqqında İran hökumətinə müraciət edən “Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı azərbaycanlı siyasi məhbusun müalicəyə ehtiyacı olduğunu bildirib.


XS
SM
MD
LG