Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:50

NATO enerji ölkələrinə dair hesabatları müzakirə edəcək


16 ölkə, o cümlədən Azərbaycan NATO PA-nın assosiativ üzvüdür
16 ölkə, o cümlədən Azərbaycan NATO PA-nın assosiativ üzvüdür
NATO Parlament Assambleyası (PA) enerji ölkələrinə dair hesabatları müzakirə edəcək. NATO PA-nın mayın 22-26-da Osloda keçiriləcək yaz sessiyasında Orta Asiya ölkələrindən enerji ixracı və demokratik proseslər müzakirə olunacaq.

Enerji ixracı ilə bağlı hesabatı litvalı nümayəndə Petras Austrevikus təqdim edəcək. Demokratik proseslərə dair sənədlə isə ingiltərəli Lord Yoplinq çıxış edəcək.

16 ölkə, o cümlədən Azərbaycan NATO PA-nın assosiativ üzvüdür. Assosiativ üzv ölkələrin parlament nümayəndələrinin demək olar ki, bütün Komitə və alt Komitələrin iclaslarında, Rose-Roth seminarlarda və Parlament sessiyalarında iştirak etmək hüququ var. Parlament sessiyaları zamanı assosiativ üzvlərin bəyannamə və düzəlişlər təqdim etmək imkanı var.

Assosiativ üzvlərin hesabatlar və bəyannamələrə, o cümlədən Assambleyada rəhbərlik və büdcə məsələsinə dair səs vermək hüququ yoxdur.
XS
SM
MD
LG