Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Akademiya divarları xatirə və şüarlardan təmizlənir


Polis plakatları yığışdırır
Polis plakatları yığışdırır
Tələbələrin və anım mərasiminə gələnlərin Dövlət Neft Akademiyasının divarlarına yazdıqları ürək sözləri və şüarları təmizləməyə başlayıblar.

Neft Akademiyasında 12 nəfərin öldürülməsi, daha 13 nəfərin də yaralanmasıyla nəticələnən faciəli hadisədən sonra tələbələr və anım mərasiminə gələnlər bir neçə gün idi ki, Akademiyanın divarlarına «Terrora yox», «Niyə matəm elan olunmur?», «Gül bayramına yox deyirik», «Allah rəhmət eləsin» və s. şüarlar yazmaqda idilər.

Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, Nəsimi rayon Mənzil İstismar Sahəsinin (MİS) 10-na yaxın qadınlardan ibarət işçiləri divardakı həmin şüarları təmizləməyə başlayıblar. Əraziyə gedən yol isə bağlanıb.

MİS işçilərindən birinin müxbirimizə dediyinə görə, onlara belə göstəriş verilib və onlar da bu göstərişi yerinə yetirirlər.

Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxs Neft Akademiyasının ikinci korpusunun binasında 12 nəfəri öldürüb. Müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.

İstintaq hücum edən şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğunu bildirib.
XS
SM
MD
LG