Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

Ölənlərin aillərinə və yaralanlara birdəfəlik maddi yardım edildi


Azərbaycanda Neft Akademiyasına hücumda ölənləri anma mərasimi, 1 may 2009.
Azərbaycanda Neft Akademiyasına hücumda ölənləri anma mərasimi, 1 may 2009.
Prezident İlham Əliyev aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən həlak olanların ailələrinin hər birinə 30,0 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15,0 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilir.

Vəsait Prezidentin Ehtiyat Fondundan ayrılır

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində 13 nəfər həlak olub, 13 nəfərsə yaralanıb. Ölənlər arasında hadisənin törədicisi hesab olunan Fərda Qədirov da var.
XS
SM
MD
LG