Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

«Terrorçuluq cinayəti istənilən motivlə törədilə bilər»


Bəhruz Kərimov
Bəhruz Kərimov
«Terrorçuluq cinayəti istənilən motivlə törədilə bilər. Ancaq məqsəd ya ictimai təhlükəsizliyi pozmaq, ya əhali arasında vahimə yaratmaq, ya da dövlət orqanlarına və ya beynəlxalq təşkilatların qərar qəbul etməsinə təsir göstərmək olmalıdır».

«Azadlıq» radiosunun «Kontekst» verilişində Neft Akademiyasında baş vermiş silahlı basqın müzakirə olunarkən hüquq elmləri namizədi Bəhruz Kərimov belə deyib.

Onun sözlərinə görə, əgər cinayət törədən şəxsi Azərbaycanla hər hansı şəxsi əlaqələr bağlayırsa, onda hüquq-mühafizə orqanlarının qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlamasını başa düşmək olar:

«Lakin rəsmi məlumatlara görə, basqınçını Azərbaycanla hər hansı şəxsi əlaqələr bağlamır. Əgər Fərda Qədirov psixi cəhətdən sağlamdırsa, onun belə faciə ilə nəticələnən əməli məhz planlaşdırılmış şəkildə şəxsi motivlərlə deyil, başqa motivlərlə törətdiyini söyləmək olar».

B.Kərimov deyir ki, Neft Akademiyasında baş vermiş silahlı basqınla bağlı cinayət işi terrorçuluq maddəsi ilə də başlana bilərdi.
XS
SM
MD
LG