Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:44

«Nuh peyğəmbər naxçıvanlı olub, Nuhun vətəni Naxçıvandır»


«Nuhun gəmisi». Amerikalı rəssam Edvard Hiksin (1780–1849) tablosu.
«Nuhun gəmisi». Amerikalı rəssam Edvard Hiksin (1780–1849) tablosu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu günlərdə Naxçıvanda «Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan» mövzusunda keçirilən beynəlxalq simpoziumda belə deyib.

Aprelin 28-də Naxçıvanda nəşr olunan rəsmi «Şərq qapısı» qəzeti V. Talıbovdan sitat gətirib:

«...Tale bu torpaqdan öz səxavətini əsirgəməyib. Bu yurdun ən böyük sərvəti isə şübhəsiz onun dünyaya bəxş etdiyi böyük tarixi şəxsiyyət, bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərin də vətəni olmasıdır».

Ali Məclisinin sədri eyni zamanda Nuhun, onun qohum və davamçılarının da Naxçıvanda məzarlarının olduğunu deyib.

V.Talıbov qeyd edib ki, hələ orta əsrlərdə tədqiqatçılar, alim və səyyahlar Naxçıvan və Nuh peyğəmbərin bağlılığından danışsalar da, sovet dövründə bu barədə danışmaq qadağan olunub, elmi ədəbiyyatlarda işlədilməsinə icazə verilməyib.

Nuh peyğəmbər irsinə həsr olunan beynəlxalq simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, İran və Misirdən şərqşünas alim və filoloqlar iştirak ediblər

Xalq arasında yayılan rəvayətə görə, 7500 il bundan əvvəl baş vermiş ümumdünya tufanı zamanı Nuh peyğəmbər və ona iman gətirənlərin mindiyi nəhəng gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və burada məskən salıb.

Qədim yunan alimi Klavdiy Ptolomey eramızın 2-ci əsrində ilk dəfə Nuh peyğəmbərin yaşadığı yer kimi Naxçıvanı xatırladıb.

16-cı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi isə təkcə Nuhun Naxçıvandakı məzarı haqqında deyil, həm də onun gəmisinin buradakı qalıqların barədə də ətraflı məlumat verib.

E.ə. 1-ci əsrdə yaşamış yəhudi alimi İosif Flaviy hesab edir ki, Naxçıvan torpağı Nuhun gəmisinin dayandığı ilk ərazidir.

Rus tədqiqatçısı Smirnov Nuhun məzarının Naxçıvanda olduğunu qeyd edib və onu dəqiq yerini göstərib.

«Quran»da deyilir ki, Tanrı Nuh peyğəmbərə böyük daşqınlar barəsində vəhy verir. Nuh peyğəmbər böyük daşqınlar üçün böyük gəmi hazırlayıb ailəsini və ona iman gətirənləri, bir də hər heyvandan bir cüt götürüb gəmiyə minir. İmansızlar isə daşqında qərq olaraq məhv olurlar.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG