Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:31

Fərhad Mehdiyev: «Sərhədlər açılmayacaq»


Dövlət hüququ doktoru Fərhad Mehdiyev
Dövlət hüququ doktoru Fərhad Mehdiyev
«Sərhədlər açılmayacaq, bu, qeyri-rasionaldır». Dövlət hüququ doktoru Fərhad Mehdiyev «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Türkiyə-Ermənistan münasibətlərini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, iki ölkə münasibətlərindəki dəyişikliklər Qərbin təzyiqləri nəticəsində yaranıb. Amma, nəticə etibarilə sərhədlərin açılmasına inam yoxdur:

«Türkiyə hökuməti bilməlidir ki, bu addım sonradan necə qiymətləndiriləcək. Türkiyə siyasətində hesabatlılıq məsələsi var. İllər keçir, görürsüz ki, kimisə məsuliyyətə cəlb edirlər. Ən azı, tarix buna öz qiymətini verər. İnanıram ki, AKP hökuməti bu məsələdə kifayət qədər həssasdır. Onların bəlkə də bilmədiyimiz motivləri var. Nəyisə gecikdirib və ya tezləşdirmək istəyirlər».

Bununla belə, Fərhad Mehdiyev Türkiyə-Ermənistan arasında gələcəkdə gözlənilən hansısa razılaşmanın artıq hər şeyin bitməsi anlamına gəlmədiyini də deyir:

«Ola bilsin, imzalanan sənəddə sərhədlərin açılması da nəzərdə tutula bilər. Amma hansı tarixdə? Hansı şərtlər altında? Bu, artıq ikinci bir məsələdir. Belə bir ehtimal mümkündür. Yaxın günlərdə sərhədlərin açılacağına mən inanmıram».
XS
SM
MD
LG