Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:53

«Sərhədsiz Reportyorlar» İlham Əliyevə növbəti müraciət ünvanlayıb


Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri başlayandan bir gün sonra Sərhədsiz Reportyorlar Təşkilatı ona müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Azərbaycanda hər hansı keçmiş sovet ölkəsi ilə müqayisədə daha çox jurnalist zorakılığa məruz qalır. Qurum ötən il Azərbaycanda jurnalistlərə 50-dən çox hücum olduğunu bildirir.


«Siz 2003-cü ilin oktyabrında prezident seçiləndən sonra Azərbaycanda jurnalistlərə qarşı təkrarən zorakılıq aktları baş verib. Çox ciddi tənqidi nəşrlər qəti şəkildə susdurulur, jurnalistlərin ölümünün təhqiqi isə yubanır ki, bu da cəzasızlıq mühiti yaradır».


Sərhədsiz Reportyorlar Təşkilatı müxalifətin 9 oktyabr mitinqində 20-dən çox jurnalistin döyülməsinə, ötən il Elmar Hüseynov və Alim Kazımlının ölümünə, bu il başlayandan isə iki jurnalistin - Bahəddin Həziyev və Fikrət Hüseynlinin naməlum şəxslər tərəfindən döyülməsinə diqqət çəkir.


XS
SM
MD
LG