Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:35

Əmanətlərin sığortalanmasını nəzərdə tutan qanun hazırlanır


Banklara qoyulan əmanətlərin sığortalanmasını nəzərdə tutan qanun hazırlanır. Mayın 30-da parlamentin iclasında həmin qanun layihəsi birinci oxunuşdan keçib. Qanun qəbul olunsa, fiziki şəxslər pullarını banka arxayın qoya biləcəklər, vəsaitlər sığortalanacaq. Sığorta haqqını əmanətçi yox, kommersiya banklarının birləşib yaratdıqları Sığorta Fondu ödəyəcək. Əmanət kimi qoyulan pulla bağlı hər hansı hadisə baş verəndə, əmanətçiyə 4 min manatdan 10 min manata qədər pul qaytarılacaq. Əmanətçi pulu 2008-ci ilə qədər qoyubsa, məbləğindən asılı olmayaraq 4 min, 2010-cu ilə qədər qoyubsa, 6 min, 2010-cu ildən də uzun müddətə qoyubsa, 10 min manat alacaq.


Parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Əli Məsimov deyir ki, bu zaman vətəndaşların öz pullarını ən çoxu 4 min manat olmaqla ayrı-ayrı banklarda əmanət qoymaları daha sərfəli olacaq. Bu qanunu qəbul etməkdə məqsəd əhalinin banka olan inamını bərpa etməkdir.


Hüquqi şəxslər isə bir az gözləməli olacaqlar, parlament onların əmanətlərinin sığortalanması ilə bağlı beynəlxalq təcrübəni öyrənir.


XS
SM
MD
LG