Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:50

Bakı nefti bir neçə gündən sonra tankerlərə yüklənəcək


İlin axırına qədər kəmərə gündə 300-400 min ton neft vurulacaq
İlin axırına qədər kəmərə gündə 300-400 min ton neft vurulacaq

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə ilk neft Ceyhan limanına mayın 28-də gecə saat 11-də çatıb. «bp-Azərbaycan» Şirkətindən «Azadlıq» radiosuna verilən məlumata görə, indi neft Ceyhan limanındakı çənlərə vurulur. Limanda hərəsi 1 milyon barel neft tutan yeddi çən var. Həmin çənlər dolandan sonra neft tankerlərə yüklənəcək və Avropa bazarlarına aparılacaq.


İlin axırına qədər kəmərə gündə 300-400 min ton neft vurulacaq. 2008-ci ildə bu, gündə 1 milyon barelə çatdırılacaq. Kəmərin Türkiyə hissəsinin rəsmi açılış mərasimi isə iyulun 13-nə planlaşdırılır.


BTC-yə neftin vurulması mayın 25-də başlamışdı. Layihəyə 4 milyard dollara qədər vəsait xərclənib. BTC layihəsində 11 şirkət iştirak edir. Payın ən çoxu BP-nin – 30 % və Azərbaycan Dövlət Neft Şirkətinindir – 25%.


XS
SM
MD
LG