Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Dövlət Neft Şirkətinin builki xərcləri ötən ilkindən 17 faiz çox olacaq


Dövlət Neft Şirkətinin (DNŞ) builki xərcləri ötən ilkindən çox olacaq. DNŞ-dən verilən məlumata görə, şirkət 2006-cı ildə yeni platformaların quraşdırılması, bəzilərininsə genişləndirilməsinə, yeni quyuların qazılmasına 300 milyon dollara qədər vəsait xərcləyəcək. Bu isə ötən ilin xərclərindən 17 faizə qədər artıqdır. 2006-cı ilin sonuna qədər əsasən «Günəşli» yatağında aparılacaq yenidənqurma işləri neft hasilatını artırmağa kömək edəcək.


Şirkətin yaydığı məlumata görə, 2006-cı ilin aprelində Azərbaycanda neft hasilatı təxminən 750 min ton olub. Ümumilikdə bu il Azərbaycanda 8,8 milyon ton neft hasılatı nəzərdə tutulub ki, bunun da 3 milyon tona qədəri artıq ilin dörd ayı ərzində çıxarılıb.



XS
SM
MD
LG