Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

Azərbaycan AŞ-a cavab verib, amma yarımçıq...


Azərbaycan Avropa Şurasının (AŞ) Baş katibi Terri Devisin gizli həbsxanalarla bağlı sorğusuna cavabının bir hissəsini Strasburqa yollayıb. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə cavabın tam olmamasını yalnız bir neçə hökumət idarəsindən məlumat almalarıyla izah edir.


Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin içində şübhəli yaraqlılar olan təyyarələrinin bəzi Avropa ölkələrinin hava məkanından istifadə etməsi barədə məlumatlar yayılandan sonra, Terri Devis AŞ üzvlərinə müraciət edərək, bu barədə izahat istəmişdi. Ancaq bəzi ölkələrin cavabı onu qane etməmiş və Azərbaycanda da daxil olmaqla, 30-dan çox qurum üzvünə əlavə sorğu göndərmişdi. Bu sorğuya aprelin 7-dək cavab verilməliydi.



XS
SM
MD
LG