Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Avropa Şurası Bakıdan həbsxanalarla bağlı məktubuna ətraflı cavab istəyir<p align=`left`><br><br>


Səs: Real audio
Avropa Şurasının baş katibi Terri Devis qurumun 46 üzvündən 37-nin xarici işlər nazirinə məktub göndərərək, onlardan Avropa ərazisində gizli həbsxanalar, yaxud içərisində məhbuslar olan təyyarələrin uçuşları barədə sorğusuna ətraflı cavab istəyib. Azərbaycanın adı da bu 37 ölkə arasındadır Terri Devis ötən il noyabrın 21-də Avropa Şurası üzvlərinə məktub göndərmişdi. Bu gün göndərilmiş məktuba cavab üçün son müddət aprelin 7-də başa çatır.



Ötən ilin sonlarında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus, içində məhbuslar, böyük ehtimalla «əl-Qaidə» yaraqlıları olan təyyarələrin Avropa ölkələri üzərində uçuşlar etməsi barədə məlumatlar yayılmışdı. Azərbaycanın adı da bu ölkələrin sırasında hallanırdı.



Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə məsələylə bağlı bu günlərdə şərh verəcəyini dedi.
XS
SM
MD
LG