Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

İqtisad məhkəmələrinə şikayətlər də, onların qərarından narazılar da artır


Səs: Real audio
Andres Herkel bəzi çətinliklərdən danışır «Azərbaycanda iqtisad məhkəməsi zəifdir, çoxları bunu korrupsiyalaşmış kimi tanıyır, qərarları ardıcıl deyil». Bunu Amerikanın Dövlət Departamenti «Azərbaycanda investisiya mühiti» adlı hesabatında yazır. Biznesmenin də ki, problemi az deyil. Elə son aylar əllərindən neçə zavodları alınıb



Türkiyəli iş adamı İsmayıl Haqqı deyir ki, Azərbaycana böyük ümidlərlə gəlibmiş. Gəlibmiş ki, burada özünə iş qurub həm var-dövlətini artırsın, həm də beş-altı nəfərə iş versin. Amma oxu daşa dəyib. Yerli «Elay» şirkəti ilə çəkişməyə görə Azərbaycanda elə məhkəmə qapısı qalmayıb ki, döyməsin. Deyir, Azərbaycan məhkəmələri ona halalca pulunu – 90 min dolları alıb vermədilər ki, vermədilər. Onun da əlacı kəsilib, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.



İndi İsmayıl Haqqı Türkiyəyə qayıdıb, deyir ki, yavaş-yavaş özümə gəlib işlərimi yoluna qoyuram.



İsmayıl bəyin haqlı olub-olmamasını indi Avropa Məhkəməsi müəyyənləşdirəcək. Amma Azərbaycanda hüququnu iqtisad məhkəmələrində axtaranlar, amma tapa bilməyib narazı qalanlar deyəsən, çoxdur.



ABŞ Dövlət Departamentinin son hesabatında da deyilir ki, Azərbaycanın iqtisad məhkəmələri özləri haqqında korrupsiyalaşmış qurum kimi imic yaradıblar. Bu məhkəmələr hələ ki, zəifdirlər.



Dövlət Departamentinin dediyinə yerli sahibkarların da münasibətini öyrənməyə çalışdım. Amma kimə üz tutdumsa, dedilər, mümkün deyil, danışa bilmərik. Sahibkarlar danışmaq istəməməklərinin səbəbini özləri izah etməsələr də, ekspertlər dedilər. Məlum oldu ki, iqtisad məhkəmələrində qalib gələn tərəf çox vaxt «adi adam» olmur – ya sahibkarlıqla məşğul olan məmur olur, ya da məmurun qohumu. Elə problemin kökü də buradan başlayır – Azərbaycanda məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından.



Hüquqşünas Aqil Abbasov deyir ki, məhkəmə çəkişməsində məmur, ya da onun qohumu ilə adi sahibkarın qüvvələr nisbəti bərabər olmur.



İqtisadi mübahisələrin həlli üzrə ixtisaslaşmış vəkil Muxtar Mustafayev də bu fikirlə razıdır. Deyir ki, iqtisad məhkəmələri də ümumi məhkəmə sisteminin tərkib hissəsidir, əsas məsələ budur ki, Azərbaycanda hakimlər müstəqil deyillər. Siyasi hakimiyyətin hansısa pilləsindən hakimlərə sifariş veriləndə, onlar bunu dinməz-söyləməz yerinə yetirirlər.



Amma Sahibkarlar Konfederasiyasının baş hüquqşünası Çodar Nağıyev problemi sahibkarların öz hüquqlarından xəbərsiz olmasında görür.



İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə deyir ki, Azərbaycanda normal məhkəmə sisteminin qurulması hələ uzun çəkəcək. Ekspert çıxış yolunu Ümumdünya Ticarət Təşkilatına mümkün qədər tez üzv olmaqda görür.



Hökumətdə isə deyirlər ki, ABŞ Dövlət Departamentinin hesabatı reallığı tam əks etdirmir. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev yerli telekanallardan birinə müsahibəsində bildirib ki, Departamentin hesabatı fərziyyələrə əsaslanır.



Hüququnun pozulmasından şikayətçi olan sahibkar indiyə qədər iddia ərizəsini Bakıdan başqa Gəncədə, bir də Əli-Bayramlıdakı yerli iqtisad məhkəmələrinə verə bilərdi. Apellyasiya şikayəti vermək üçün isə mütləq Bakıya gəlmək lazım idi. Prezidentin yanvar ayında imzaladığı fərmandan sonra Şəki və Sumqayıtda da yerli iqtisad məhkəmələri yaradılacaq. Bu məhkəmələrin qərarından narazı qalanlar isə əvvəllər olduğu kimi, Bakıya gəlməyəcəklər. Prezidentin həmin fərmanına görə, yerli apellyasiya məhkəmələrində iqtisadi mübahisələrə dair kollegiyalar yaradılacaq.



Sahibkarların apellyasiya şikayətlərinə ra
XS
SM
MD
LG