Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Monopolistlərin ilk açıq savaşı–«Barmek» sıradan çıxacaqmı?


Səs: Real audio
Mətbuat Şurası jurnalistə hücum edənlərin tapılıb cəzalandırılması ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət Bakı və Sumqayıtda camaata işığı pis verəndə nədənsə problemi yaranmırdı. Ancaq indi qurum haqqında cinayət işi qaldırılıb. Türkiyəli investor Hüseyn Arabulun başçılıq etdiyi şirkət, hazırda həbsdə yatan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə əlbir olub, saxta şirkətlər yaratmaqda, bununla da enerji sektorundan pul mənimsəmədə ittiham olunur. Bu, rəsmi izahdır. Qeyri-rəsmi izahlardan biri isə budur ki, «Azərenerji» «Barmek»i sıradan çıxarmaq istəyir. Necə ki, rayonlara işığı satan «Bayva»nı sıradan çıxardı



Hələ Fərhad Əliyev nazir olanda prezidentin keçirdiyi müşavirələrdə «Barmek»dən şikayətlər səslənirdi. Hətta həmin müşavirələrdən birində cənab Əliyev «Barmek»i açıq müdafiə etmiş, bu şirkətlə bağlı hər hansı problem olmadığını bəyan etmişdi. Ötən ilin sonunda rayonlarda «Bayva» fəaliyyətini dayandırandan sonra isə «Barmek»in hədəfə alınacağı haqda fikirlər səslənirdi. Belə də oldu. Prezidentin yanında keçirilən növbəti müşavirədə «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyev yenidən bildirdi ki, şirkət aldığı enerjinin haqqını vaxtında ödəmir və hökumətlə müqavilə əsasında investisiya öhdəliklərinə əməl etmir. Ölkə başçısı isə «Barmek»ə ciddi xəbərdarlıq olunması və fəaliyyətinin araşdırılması ilə bağlı göstəriş verdi. Bir neçə gün sonrasa Respublika Prokurorluğu şirkətlə bağlı rəsmi məlumat yaydı.



«Turan-enerji» məcmuəsinin direktoru İlham Şaban xatırladır ki, «Barmek» rəhbərliyi vaxtaşırı «Azərenerji» rəhbərliyini açıq tənqid edir, qurumu şişirtmələrdə, sui-istifadədə günahlandırırdı. Ekspert şirkətin sıxışdırılmasını onun ictimaiyyətlə açıq münasibətlər qurmasında da görür. Onun sözlərinə görə, Azərbaycanda şəffaf fəaliyyət göstərən ikinci belə qurum yoxdur.



Müsavat Partiyasının İqtisadiyyat Komissiyasının sədri Qubad İbadoğluna görəsə, baş verənləri iki qurumun qarşıdurması kimi qiymətləndirmək düzgün deyil. Bu, həm də Fərhad Əliyevin həbsindən sonra başlanmış prosesin, biznes mühitində strateji əhəmiyyətli obyektlərin bölüşdürülməsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Sabiq nazirin həbsindən sonra bir sıra işadamları ya həbs olunur, ya da işindən kənarlaşdırılır. Cənab İbadoğlu düşünür ki, görünür, «Barmek» də bu bölgü prosesinin qurbanına çevrilməkdədir.



Qubad İbadoğlu deyir ki, əslində, postsovet ölkələrində də hökumət belə təcrübədən həmişə istifadə edib.



Düzdür, ekspertlər «Barmek» rəhbərliyinin Fərhad Əliyevlə işbirliyinə getdiyini və hardasa qanunu pozduğunu da istisna etmirlər. Amma onların fikrincə, bunun səbəblərindən biri də müqavilələr bağlanarkən cəmiyyətə məlumat verilməməsi və onların fəaliyyətinin şəffaf olmamasıdır. Bu da bəzən qanunsuzluğa yol aça bilər. Ancaq bununla belə, ekspertlər hesab edirlər ki, rəsmi məlumatda faktlar şişirdilə də bilər. «Ayna-Zerkalo» qəzetinin şərhçisi Fuad Əlizadə bildirir ki, iş olan yerdə səhv də ola bilər.



Baş verənləri dəyərləndirməyə tələsməyən şirkətin rəhbəri Hüseyn Arabul isə siyasətdən uzaq olduğunu bildirir.



Amma ekspertlər bir məqamda yekdildirlər. Onların fikrincə, hökumət «Barmek»i Azərbaycan bazarından sıxışdırb çıxarmaqla bu sahədə inhisarı gücləndirmək niyyətindədir. İlham Şaban deyir ki, baş verənlər hökumətin enerji siyasətinin dəyişməsinin və inhisara meyllənməsinin göstəricisidir. Bunun üçün ortada stimulverici məqamlar da az deyil. Onun bildirdiyinə görə, bu il Azə
XS
SM
MD
LG