Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:58

«Neft lənəti»


Səs: Real audio
Xocasəndə yerləşən "Səfalı" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus quşçuluq fabrikində 6 mindən artıq toyuq qırılıb ...və ya neftin günahı nədir?



Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət şöbəsinin müdiri Samuel Fankhauzer regionun 26 ölkəsi arasında Azərbaycanın iqtisadi artım tempinə görə hamıdan irəli getdiyini deyir.



Amma Bank hesab edir ki, iqtisadi islahatların aparılması, sahibkarlıq mühiti, sosial təminat, işsizlik və yoxsulluq sahəsində Azərbaycanda vəziyyət hətta Ermənistan və Gürcüstandan da pisdir.



Oxşar fikirlər bir gün sonra Asiya İnkişaf Bankının açıqladığı hesabatda da yer alıb. Sənəddə deyilir ki, "Azərbaycan hələ də Avropa və Mərkəzi Asiyanın yeddi ən yoxsul ölkəsindən biridir. Ölkədə işsizlik və natamam məşğulluğun səviyyəsi ilbəil artır. Yeganə artan ümumdaxili məhsuldur ki, bunun da 60 faizi neftin hesabına baş verir. İqtisadiyyat birtərəfli inkişaf edir, əldə edilən mənfəət əhali arasında bərabər bölüşdürülmür".



Azərbaycan hökuməti hesabatlardakı rəyin köhnə rəqəmlərə istinadən formalaşdığı üçün düzgün olmadığını bildirir.



İqtisadi Qubad İbadoğlunun fikrincə isə, tədqiqatlar da sübut edir ki, iqtisadi artım ümumilikdə xammalın satılması hesabına baş verirsə, adi adamların onu hiss etməsi qeyri-mümkündür: "Tutaq ki, 4 milyard dollarlıq Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verilir. Bu, investisiyadır və o, bütövlükdə ümumdaxili məhsulun tərkibinə daxil olur... Bunun iqtisadiyyata təsiri oldu, ümumdaxili məhsul 4 milyard dollar səviyyəsində artdı. Amma əhalinin gəlirlərində dəyişiklik bu boyda böyük templə baş vermir axı...".



Asiya İnkişaf Bankının da hesabatında bildirilir ki, birbaşa neftə bağlı olduğundan, artım tempi neft və qaz resursları tükənəndən sonra zəifləyəcək. Çünki Azərbaycan iqtisadiyyatı birtərəfli inkişaf edir və əldə edilən gəlirlər əhali arasında bərabər bölüşdürülmür.



İqtisadçı Qubad İbadoğlu bu fikirləri haqlı sayır. Onun sözlərinə görə, əgər Azərbaycanın bu gün satmağa nefti və qazı olmasaydı, ən kasıb və iqtisadiyyatı heç makroiqtisadi olaraq da inkişaf etməyən bir dövlət olardı.



Həm beynəlxalq qurumlar, həm də yerli ekspertlərin fikrincə, hökumət qeyri-neft sektorunu inkişaf etdirmək üçün tədbirlər görməsə, iqtisadi və idarəetmə sistemində real islahatlar aparmasa, adi vətəndaşların yaşayışı hətta neft olduğu müddətdə də yaxşılaşmayacaq.
XS
SM
MD
LG