Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:31

İpoteka krediti: kasıblara məhdudiyyət, varlılara hədd...


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir Əgər ev, mənzil, daşınmaz əmlak almaq istəyirsinizsə, ancaq pulunuz azdırsa, bu artıq problem deyil, bunun üçün ipoteka krediti var. Martın birindən banklar bu krediti verməyə başlayacaqlar



...Səbinə Quliyeva ailə qurandan bəri düz səkkiz ildir ki, Bakıda kirayədə yaşayır. Özü demişkən, pis dolanmır, həyat yoldaşıyla ikisinin maaşı ayda 500 dollara qədər çıxır. Deyir, ipoteka söz-söhbəti çıxandan ümidlərini kreditə bağlayıblarmış ki, bəlkə ev-eşik yiyəsi olarlar. İpoteka kreditinin verilməsi şərtləri açıqlanandan sonra məlum olub ki, Azərbaycanda hər adam onu götürə bilməz.



Səbinə xanımın problemini İpoteka Fondunun rəsmilərinə danışanda mənə dedilər ki, bu, kommersiya layihəsidir və o demək deyil ki, hökumət bütün evsizləri evlə təmin etməyi qarşısına məqsəd qoyub. Krediti ancaq şərtlərə cavab verənlər ala biləcəklər.



Əvvəlcə, ondan başlayım ki, ipoteka krediti veriləndə ancaq rəsmi qeydiyyata düşən, yəni vergi verilən məbləğ nəzərə alınır. Düzdür, hökumət bu vaxt əmək haqqı məhdudiyyəti qoymur, amma şərt qoyur - ipoteka krediti götürən ayda o qədər maaş almalıdır ki, onun yarısını banka ödəyə bilsin. Yəni, əmək haqqının ən uzağı yarısı kreditə görə, qaytarılan borc kimi banka ödənilə bilər. İlkin hesablamalara görə, aylıq ödənişlərin məbləği 350-400 dollar həcmində olacaq. Belə çıxır ki, rəsmi gəliri ayda 700-800 dollardan aşağı olan ailələlər ev almaq üçün başqa yollar axtarmalıdırlar.



Bu məbləğdə maaş alanlar isə, bəyəndikləri evin qiymətinin 30 faizini əvvəlcədən özləri tapmalıdırlar. Məsələn, evin qiyməti 40 min dollardırsa, onda bu məbləğin 30 faizini - yəni, 12 min dollarını evi almaq istəyən adam özü ödəməlidir, qalan 28 min dolları kredit kimi götürmək olar. Qaydalara görə, 30 min yeni manatdan artıq kredit götürmək olmaz.



Yeri gəlmişkən, evlərə qiyməti qiymətləndirici şirkətlər qoyurlar.



28 min dolları kreditə götürən şəxs bu məbləği 15 ilə qədər mütləq qaytarmalıdır, əks təqdirdə, ev onun əlindən alınacaq, bazar qiymətinə satılacaq və bank öz pulunu götürəndən sonra qalanını sahibinə qaytaracaq.



Amma bu, ən pis halda baş verir, biz çalışaq məsələnin yaxşı tərəflərindən danışaq. Kimin pulu varsa, krediti üç ildən tez olmayaraq qaytarıb evə sahib ola bilər.



Ən vacib məsələ kreditin faiziylə bağlıdır. İpoteka kreditləri illik 12 faizdən çox olmamaq şərtiylə verilir. İpoteka Fondunun direktor müavini Əkbər Kərimov deyir ki, 15 il ərzində kreditin əsas məbləği ödəniləcək deyə, vaxt keçdikcə, faiz üçün ödənişlər aşağı düşəcək.



Azərbaycanda ipoteka kreditləşməsinin şərtləri barədə danışanda ekspertlərin fikirləri haçalanır. Yerli ekspertlərin bəziləri deyirlər ki, Qazaxıstan və Rusiya kimi ölkələr kreditləşməyə başlayanda şərtləri bundan da ağır olub, Azərbaycandakı faizlər o qədər də yüksək deyil. Amma məsələnin başqa tərəfi də var. Gəlirlərin rəsmi qeydiyyata salınması bu gün hökumətin əsas problemlərindən biri hesab edilir. Ölkədə orta aylıq əmək haqqı 140 dollardır. Belə çıxır ki, Azərbaycanda bu kreditləri əsasən, yüksəkçinli dövlət məmurları, deputatlar və xarici neft şirkətlərində çalışanlar ala biləcəklər, əhalinin əksəriyyəti faktiki gəlirləri şərtlərə uyğun gəlsə belə, rəsmi gəlir olmadığı üçün ipotekadan yararlana bilməyəcəklər.



Amma hökumət kasıblara məhdudiyyət qoyduğu kimi, varlılara da hədd müəyyənləşdirib. Yaxşı maaş alanlar da ev seçəndə gərək eləsini tapsınlar ki, onun qiyməti 40 min dollardan baha olmasın. Bu pula isə, ancaq Yasamalda, metronun «Nəriman
XS
SM
MD
LG