Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:53

Benita Ferrero-Valdner: «Azərbaycan üzrə danışıqların ikinci raundu Brüsseldə keçiriləcək»


Səs: Real audio
Avropa Komissiyasının Beynəlxalq Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Dağlıq Qarabağ münaqişəsinin həllini də Fəaliyyət Planıyla əlaqələndirir Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanmasına dair danışıqların ikinci raundu martın 7-də Brüsseldə keçiriləcək. Bunu Bakıda səfərdə olan Avropa Komissiyasının Beynəlxalq Əlaqələr və Avropa Qonşuluq Siyasəti (AQS) üzrə komissarı Benita Ferrero-Valdner deyir. Sözügedən Fəaliyyət Planı Avropa Birliyinə Qonşuluq işində Azərbaycana dair konkret addımları nəzərdə tutur.



Azərbaycanın Avropa Komissiyasıyla əməkdaşlığında yeni bir mərhələnin açıldığını deyən xanım Valdnerin sözlərinə görə, Avropa Birliyi Azərbaycana texniki, maliyyə və siyasi kömək göstərəcək, ölkənin vahid Avropa Birliyi bazarına inteqrasiyası yeni imkanlar açacaq.



Avropa Komissiyasının komissarı əlavə edir ki, qanunun aliliyi, demokratikləşmə, insan haqları Avropa Birliyinin istənilən fəaliyyət planının əsasını təşkil edir. Danışıqların yekununda bu məsələlər də razılaşdırılacaq və yeni əməkdaşlığın bünövrəsini təşkil edəcək.



Benito-Ferrero Valdner Dağlıq Qarabağ münaqişəsinin həllini də Fəaliyyət Planıyla əlaqələndirib: «Bütün Fəaliyyət Planları regional əməkdaşlıqsız mənasızdır. Buna görə də siz daha çox regional əməkdaşlıq etməlisiniz. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunacağına ümid edirik. Münaqişənin həlli üçün sizinlə, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə hazırıq. Mən indi Gürcüstana, ordan da Ermənistana gedirəm. Avropa Birliyinin münaqişənin həllinə tərəfdar olmağı çox mühümdür, çünki ancaq münaqişə həll olunandan sonra sizin irəli getmək şansınız var».



Xanım Ferrero Valdnerin Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşündə enerji məsələləri də müzakirə olunub. «Mühüm olan odur ki, Azərbaycan qaz və neft kəmərlərinin tikintisini bitirməyə çalışır. Biz enerji təhlükəsizliyi, onun istiqamətləndirilməsi məsələlərində maraqlıyıq. Biz həmçinin gələcəkdə gəlirlərin iqtisadi idarəetməsi barədə də danışdıq, çünki gəlirlərin şəffaflığı çox mühümdür» - deyə, o vurğulayır



Elmar Məmmədyarovun bildirdiyinə görəsə, fevralın 24-25-də Bakıda Avropa ölkələrinin, Avropa Komissiyasının nümayəndələri ilə birgə görüşdə enerji məsələləri müzakirə olunacaq.



Benita Ferrero-Valdner fevralın 16-da parlamentin sədri Oqtay Əsədov və prezident İlham Əliyevlə də görüşüb.
XS
SM
MD
LG