Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:35

Neft buruqları arasında qəsəbə


Səs: Real audio
Şəhər Baytarlıq İdarəsinin həkimi İmamverdi Bayramov quşların mədə-bağırsaq xəstəliyindən tələf olduğunu deyir "Evimə qaz sızmışdı, sökdülər..."



Bakının "20-ci sahə" adlanan ərazisinə ayağımı qoyan kimi mənə Nəhayət xanımın evini nişan verdilər. Dedilər ki, onların evi qaz quyusunun üstündəymiş. Günlərin birində elə güclü sızma olub ki, məcbur qalıb evi söküblər. Nəhayət xanım özü də bu xəbəri təsdiqlədi, dedi sonradan hökumət onlara başqa bir ev tikib. Amma indi camaat yaman qorxuya düşüb. Axı neftin qədim məskəni olan Bibiheybət Neft Qazçıxarma İdarəsinin ərazisində demək olar ki, hər iki nəfərdən birinin ya evi neft-qaz quyusunun üstündədir, ya da ən azı həyətində köhnə quyu var.



Yüz ildən çoxdur ki, Bakının Bayıl ərazisindəki torpaqlarından neft çıxır. Burada indinin özündə də qədim neft Bakısının ab-havası hökm sürür - Xəzərboyu göz işlədikcə uzanan neft buruqları, aramsız işləyən mancanaqlar, ətrafda mazut gölməçələri, neft çəlləkləri...



"Qara qanın qaranlığa işıq saçır, Ağ günlərdən gələcəyə yollar açır..."



Amma deyəsən, indi Bakının qara qanı – nefti bu ərazidə yaşayanların əksinə, qanını qaraldır. Burada çoxdan yaşayanlar deyirlər ki, Sovet hökuməti dağılandan sonra "20-ci sahə"də, Bibiheybət qəsəbəsindəki evlərin sayı az qala buradakı buruqların sayını ötüb. İndi Bakıda belə yerlər çoxdur. Paytaxtın Suraxanı, Balaxanı, Sabunçu, Sulutəpə kimi ərazilərində buruqların arasında torpaq münasib qiymətədir deyə, rayonlarda iş tapa bilməyib Bakıya üz tutanlar buralarda yurd salıblar.



Yəqin elə buna görə sakinlər buruqların onlara törədə biləcəyi təhlükədən danışmağa o qədər də həvəsli deyildilər. Dedilər kasıb adamlarıq, səsimizi çıxararıq evimizi sökərlər, nə olur-olsun, təki başımızı salmağa bir komamız olsun.



Söhbət etdiyim bir kişi isə deyir ki, bu qəsəbədə yaşamaq əksinə, onlara xoşdur, buruqlardan isə səs gəlmir.



"Burada səs nə gəzir"



Amma sakinlər arasında cəsarətliləri də tapıldı. Onlar arasında bu ərazidə neft buruqlarının doğurduğu radiasiyadan şikayətlənənlər vardı.



Qurudakı neft quyuları əsasən, Dövlət Neft Şirkətinə məxsusdur. Şirkətin ekologiya idarəsindən Ağamahmud Siracov deyir ki, əhalinin buruqların, köhnə neft quyularının arasında yaşaması düzgün deyil. Belə ərazilərdə əhalinin təhlükəsizliyinə Dövlət Neft Şirkəti zəmanət vermir.



"Məni onda bura niyə qeydiyyata salırdı"



Bunu isə Ermənistandan qaçqın düşüb, evini "20-ci sahə" adlanan ərazidə, neft buruğunun 15-20 metrliyindəki evə dəyişmiş Nəhayət xanım deyir. Onun qonşuları da and-aman edirlər ki, evlərinin sənədləri var. Düzdür, onlar bu sənədi hansı yollarla aldıqlarını bildirmədilər, amma dedilər ki, hökumətin onların burada yaşamalarından xəbəri var, onlar qazpulu da verirlər, işıqpulu da.



İndi sakinləri bir şey maraqlandırır. Görəsən, bu ərazidə radiasiya varmı?



Dövlət Neft Şirkəti Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri Elmixan Cəfərov deyir ki, buruqların 15-20 metrliyinə qədər olan ərazilərdə radiasiya o qədər də güclü olmur. Amma Bakıdakı neft quyularının ətrafında elə yerlər var ki, orada radiasiya fonu normadan 100 dəfədən də çoxdur. Belə radiasiya insanda əsasən beyin şişi yaradır, immun sistemi zəif olanlara və uşaqlara belə güclü radiasiya daha çox təsir edir.



Mazut gölməçələrinin ətrafında isə radiasiya daha çox olur. Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri deyir ki, əhali belə
XS
SM
MD
LG