Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

İnhisar kinoda da var


Səs: Real audio
Müxaliflər bununla parlamentə proporsional seçki sistemini bərpa etmək istəyirlər Kinoda dövlət sifarişi var, ancaq hər əsəri dövlət sifarişinə salmırlar, Çünki dövlət sifarişində mövzu inhisarı var



Prezidenti İlham Əliyev Azərbaycanın yeni ensiklopediyasını hazırlayan alimlərlə xeyli qabaq keçirdiyi görüşdə ensiklopediyada atasının – mərhum prezident Heydər Əliyevin 70-80-cı illərdəki siyasi fəaliyyətinə verilən qiymətdən narazı idi.



Azərbaycanın mədəni həyatında bu tədbirəcən Heydər Əliyevə olan maraq elm adamları ilə prezident arasındakı məlum mübahisədən sonra daha da artdı. Yerli mətbuat vəziyyətin aydın mənzərəsini yaratmaq üçün yazır ki, artıq hər kəs öz postunu və hətta müəllifi olduğu əsərin perspektivini düşünərək əvvəlcə Heydər Əliyevlə bağlı bir iş görür. Və bu görünən işlər arasında məsələn, Prezident Aparatının rəhbəri Ramiz Mehtiyevdən tutmuş Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfova qədər xeyli nüfuzlu şəxsin Heydən Əliyevin siyasi fəaliyyətinə həsr olunan kitablar nəşr etdirməsi diqqət çəkir.



Hətta bu yaxınlarda İsa Nəcəfovun Heydər Əliyevə həsr etdiyi «Gecəyarısı qətl» əsərinə dövlət sifarişi ilə bədii film də çəkilib.



20 Yanvar hadisələri və Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsiylə bağlı dövlət sifarişi ilə çoxseriyalı film çəkən Vaqif Mustafayev isə işini təhvil verəndən az sonra mədəniyyət nazirinin kino işləri üzrə müavini təyin olundu. O, elə indi də bu postu tutur. Onun mərhum prezidentə həsr olunmuş «Heydər Əliyev» adlı çoxseriyalı filminin «Bir həsrətin tarixi» adlanan ikinci hissəsi isə Moskvada keçirilən kino müsabiqədə "Qran-pri" mükafatını aldı. Bu kimi halları çox sadalamaq olan.



Elə bu il də dövlət sifarişi ilə Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən 3 film çəkiləcək. Mədəniyyət Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu filmlər sənədli filmlərdir. Nazirliyin sözçüsü Zöhrə Əliyeva deyir ki, bundan başqa beş bədii filmə də maliyyə ayrılması nəzərdə tutulur.



2006-cı ildə dövlət sifarişli filmləri çəkmək üçün 10 milyard köhnə manat ayrılıb. Ötən il bu məbləğ 7 milyard manat idi. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dövlət sifarişli filmlər çəkmək üçün hər filmə 1 milyard manat ayrılır. Qalan vəsaitsə sənədli televiziya filmləri üçün nəzərdə tutulur.



"Azərbaycanfilm"in rəhbəri Xamis Muradovsa deyir ki, hər il belə olur: sənədli filmlər üçün siyahı dəqiqləşir, amma bədii filmlərlə bağlı iş uzanır. Və bu gün onlara çəkiləcək yalnız bir filmin adı təqdim olunub.



Yerli kino mütəxəssisləri isə hesab edirlər ki, son bir neçə ildə Heydər Əliyev mövzusu Azərbaycan kinosunu inhisara almağa yaxındır. 9 il "Azərkinovideo" İstehsalat Birliyinə rəhbərlik etmiş Oqtay Mirqasımov da tutduğu vəzifədən bu kimi problemlər üzündən istefa verdiyini deyir.



Vaxtilə sabiq prezident Ayaz Mütəllibovun Hüquqlarının Müdafiə Komitəsinə rəhbərlik etmiş Əbdül Mahmudbəyov da neçə ildir Şah İsmayıl Xətainin həyatından bəhs edən eyni adlı ssenariyə film çəkmək üçün dövlət vəsaiti ayrılmasına nail ola bilmir.



Çoxseriyalı «Heydər Əliyev» filminin müəllifi Vaqif Mustafayevlə bu barədə ətraflı söhbət etmək cəhdlərimiz baş tutmasa da, o, Heydər Əliyevlə bağlı daha çox filmlərin çəkilməsini vacib sayır.



Bəlkə bizi dinləyənlər arasında elə düşünənləri ola bilər ki, bu mövzuya toxunmaqla «Heydər Əliyev Azərbaycan tarixindən kənarda qalmalı, onun haqqında əsərlər yazılmamalı və filmlər çəkilməməlidir» fikrini müdafiə edirik. Əsla. Sadəcə, demək istədiyimiz odur ki, ssenarisi Heydər Əliyev
XS
SM
MD
LG