Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

BVF rəsmisi: «İnflyasiya 10 faizlik həddi keçməyə bilər»


Səs: Real audio
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov: «Azərbaycanda «quş qripi» yoxdur, əgər olarsa, qarşısını almaq üçün çalışacağıq» Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko «yanacağın qiymətinin iki dəfə artması yalnız qurumun hökumətə tövsiyəsi idi» - deyir



Hökumət hər dəfə yanacağın qiymətini qaldıranda deyir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) tələbi idi. Fond deyir ki, Azərbaycanda yanacağın qiyməti dünya qiymətləri səviyyəsinə çatdırılmalıdır.



Səbəb də odur ki, energetika sektoru indi də Sovet dövründə olduğu kimi özü – özünü dolandıra bilmir. Rəsmilərin verdikləri izahata görə, yanacaq əhaliyə maya dəyərindən qat-qat ucuz satıldığından, bu sahəyə hələ də büdcədən vəsait ayrılır.



BVF-nin Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko «Azadlıq» radiosuna müsahibəsində deyir ki, düzdür, bu məsələləri Fond qaldırıb. Amma hökumətə deyib ki, qiymət artımından əvvəl bunun kasıb əhaliyə təsirini araşdırsın.



BVF-nin Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko ilə söhbətimiz də elə bu mövzuda oldu.



- Cənab Zavoyko, zəhmət olmasa, deyərdiniz, dizel yanacağının yanvarın əvvəlində iki dəfə bahalaşdırılması BVF-nin hökumət qarşısında tələbi idimi?



- Xüsusi olaraq, yox! BVF mütəmadi olaraq Azərbaycan hökumətinə məsləhət görürdü ki, hökumət energetika sektoruna subsidiyaları azaltmaq üçün özünün ortamüddətli strategiyasını hazırlasın və yanacaq qiymətlərini dünya qiymətləri səviyyəsinə çatdırsın. Amma bununla yanaşı biz tövsiyə edirdik ki, qiymət qaldırılanda bu artımın kasıb əhaliyə təsiri qiymətləndirilsin və onların mənafeyi nəzərə alınsın. Amma dizelin bahalaşması BVF-nin Azərbaycan hökuməti qarşısında tələbi deyildi, çünki Fondla Azərbaycan arasında sonuncu layihə 2005-ci ilin iyulunda başa çatıb. Odur ki, hökumətin Fond qarşısında heç bir öhdəliyi yoxdur. Amma proqram olmasa da, biz məsləhət görmüşdük ki, qiymətlər qaldırılsın. Qiymətlərin nə vaxt qaldırılmasını isə hökumət özü həll edir.



- BVF deyir ki, yanacağın qiyməti artırılsa, büdcə energetika sektorunun yükündən qurtaracaq. Amma dizelin bahalaşması bir tərəfdən də kənd təsərrüfatında xərcləri artırdı. Həm də Azərbaycanda əhalinin yarıdan çoxu kənd təsərrüfatında işləyir. İndi də kənd təsərrüfatı sektoru, bir də nəqliyyat sektoru subsidiya istəyir. Bu məsələ necə tənzimlənməlidir?



- Bütün hallarda Azərbaycanda yanacağı bahalaşdırmaq zəruri idi. İndi Gürcüstanda dizelin 1 litri 68 sent, Azərbaycanda isə 40 sentdir. Bunu vətəndaşlar başa düşməlidirlər. Bu sektora onsuz da subsidiya verilir, məncə, əlavə subsidiyaya ehtiyac yoxdur.



- Ümumiyyətlə, BVF hökumətin energetika sektorunu subsidiyalardan təmizlənməsi istiqamətində fəaliyyətini necə qiymətləndirir?



- Hesab edirəm ki, bu sektorda daha çox şəffaflığa nail olmaq lazımdır. Məsələn, bu gün Dövlət Neft Şirkətinin büdcəsi təqribən elə dövlət büdcəsinə bərabərdir. Bu qurumunu fəaliyyətinə ictimai nəzarət yoxdur. Büdcə təşkilatları vaxtında hesabat verməlidirlər. İnsanlar bilsə ki, yanacaq bahalaşanda, onun ödədiyi vəsait nəyə sərf olunur, buna etiraz etməz.



- Cənab Zavoyko, yerli ekspertlər deyirlər ki, dizelin bahalaşması inflyasiyanı sürətləndirəcək. Siz necə hesab edirsiniz, ümumiyyətlə, 2006-cı ildə Azərbaycanda inflyasiya 10 faizi, idarəolunmaz həddi keçə bilərmi?



- Məncə, dizelin bahalaşması inflyasiya doğurmayacaq, çünki bu bahalaşma davamlı proses deyildi. 2006-cı ildə inflyasiya ilə mübarizə aparmaq hökumət üçün çətin olacaq. Amma məncə, hökum
XS
SM
MD
LG