Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

«Sərhədsiz Reportyorlar»: «2005-ci il Azərbaycan mediası üçün daha pis olub»<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatının Avropa Bürosunun rəhbəri Annabel Arki Elmar Hüseynovun qətlilə bağlı istintaqın getmədiyini deyir «2005-ci il Azərbaycan mediası üçün əvvəlki illərə nisbətən daha pis olub. Çünki ötən il jurnalistlər daha çox zorakılığa məruz qalıblar. Bu isə seçki iliylə əlaqədar olub».



«Azadlıq» radiosuna müsahibəsində «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatının Avropa Bürosunun rəhbəri Annabel Arki belə deyir.



Xanım Arki: «Noyabr ayı Azərbaycanda parlament seçkisiydi və xeyli jurnalist təhlükəsizlik xidməti tərəfindən qorxudulub. Seçkidən əvvəl müxalifətin etiraz aksiyalarnda 14 jurnalist polis tərəfindən döyülüb. 2005-ci il Azərbaycan üçün zorakılığın pik dövrü olub, çünki hökumətə müxalifətdə duran qüvvələr və müxalifət məbuatı da kifayət qədər radikal olub».



«Sərhədsiz Reportyorlar»ın ötən il üçün yaydığı hesabata görə, 2005-cü ildə dünyada 63 jurnalist öldürülüb. Bu təşkilat İraqı dünyada media üçün ən qorxulu yer kimi qiymətləndirir. Ötən il bu ölkədə 24 jurnalist və media sahəsində çalışan 5 əməkdaş öldürülüb.



Hesabatda bidirilir ki, seçki kampaniyaları adətən media üçün zorakılıqla yadda qalır, Misir və Azərbaycanda seçkilər vaxtı nümayişlərdən və səsvermədən xəbər hazırlayan onlarla jurnalistə fiziki hücumlar olub.



Təşkilat «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini və «Yeni Müsavat» qəzetinin fotomüxbiri Alim Kazımlının ölümünü də hesabata salıb.



«Sərhədsiz Reportyorlar»ın nümayəndəsi Annabel Arki Elmar Hüseynovun qətlilə bağlı istintaqın getmədiyini deyir: «Hazırda hakimiyyət işin istintaqını aparmır. İş sanki bağlanıb. Elmar Hüseynovun qətli ilk belə hadisəydi və bu işin açılması prezident İlham Əliyev üçün parlament seçkisi öncəsi bir sınaq idi».



Xanım Arki bildirir ki, Elmar Hüseynovun qətlinin istintaqıyla bağlı Azərbaycan hakimiyyətinə, Ədliyyə Nazirliyinə məktub göndəriblər və cavab gözləyirlər.



«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də Elmar Hüseynovun qətlinin hələ də açılmamasını Azərbaycan üçün elə də ürəkaçan hal saymasa da, istintaqın detallarının ictimaiyyətə bildirilməməsini təhlükəsizlik orqanlarının xüsusi metodu kimi də istisna etmir.



Ümumilikdə isə cənab Məcid 2005-ci ili Azərbaycan mediası üçün «sabit il» adlandırır.



Qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) də ötən ilin yekunlarıyla bağlı hesabat yayıb. Sənədə görə, 2005-ci ildə dünyada 47 jurnalist öldürülüb ki, onların üçdə birindən çoxu tənqidlərinə, yaxud peşəsinə görə cəzalandırılıb. 2004-cü ildə öldürülən jurnalistlərin sayı isə 57 idi.



2005-ci ildə İraq jurnalistlər üçün ən təhlükəli yer olub. 2003-cü ilin martından, yəni ABŞ-ın İraqa hücumu başlayandan 2005-ci ilin sonunacan bu ölkədə iş başında 60 jurnalist öldürülüb. JMK təhlil zamanı uzunmüddətli bir tendensiyanı qeydə alıb - jurnalistləri öldürənlər adətən cəzasız qalırlar. 1992-ci ildən bəri jurnalist qətllərinin yalnız 15 faizə qədəri bu əməli sifariş edənlərin həbsi, yaxud istintaqıyla nəticələnib.



JMK-nin yaydığı hesabatda «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı məlumat da yer alıb. Bildirilir ki, cənab Hüseynova hücumun yaxşı planlaşdırıldığı görünür. «Monitor»un əməkdaşı Eynulla Fətullayev quruma deyib ki, o, E.Hüseynovun qətlinin işilə əlaqədar olduğuna inanır.



Hesabatda bildirilir ki, «Monitor» uzun müddət kəskin şərhləri ilə rəsmiləri qəzəbləndirib. Belə tənqidi yazılara görə, jurnala qarşı bir ne
XS
SM
MD
LG