Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Kürü ticarəti qadağan olundu


Səs: Real audio
Qadağa region ölkələri nərə balığının davamlı artımını təmin etməyənədək qüvvədə qalacaq Yanvarın 3-dən kürü və nərə balığından alınan digər məhsulların beynəlxalq ticarətinə qoyulan qadağa qüvvəyə minib. Qadağa haqda qərarı Nəsli Kəsilməkdə olan Növlərin Beynəlxalq Ticarəti haqqında Konvensiyanın [CITES] katibliyi verib. Bu təşkilat BMT-nin monitorinq qrupudur.



Qurumun mətbuat xidmətindən "Azadlıq" radiosuna bildiriblər ki, qadağa yalnız əsasən Xəzər və Qara dəniz hövzələrindən olan nərə balığına aid edilir. Qadağa region ölkələri nərə balığının davamlı populyasiyasını – artımını təmin etməyənədək qüvvədə qalacaq.



Qanunsuz kürü qaçaqmalçılığı Xəzər və Qara dənizlərində vəhşi nərə balığının kəskin azalmasına səbəb olub. "Greenpeace" beynəlxalq təbiəti mühafizə təşkilatının Rusiya bölməsi də rusiyalıları nərənin qorunmasına kömək kimi bu bayram kürü yeməməyə çağırıb.



İran qadağanı şübhə altına alıb. Bildirib ki, yanvarın sonunda kürü istehsal edən ölkələrin görüşündə ov kvotaları müəyyənləşdiriləcək.



Azərbaycanda bayram günləri olduğu üçün Bakının məsələyə rəsmi reaksiyasını öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG